Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul olmaq istəyən abituriyentlərin bu gündən ixtisas seçimi aparılır.
DİM-dən bildirilib ki, I, II, III və IV qruplar üzrə ixtisas seçiminə ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılırlar.