Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrinə işə qəbul üçün 21 iyun 2019-cu il tarixdə elan edilmiş müsabiqənin test imtahanları 14 avqust-4 sentyabr tarixlərdə keçirilib.
Müsabiqəyə 302 vakant vəzifə çıxarılıb, 199 vəzifənin tutulması üçün 613 namizəd müraciət edib. Həmin şəxslərin dövlət nümunəli təhsil sənədlərinin hüquqiliyi yoxlanılıb və 599 namizəd imtahana buraxılıb. Test imtahanlarında 576 namizəd iştirak edib, onlardan 235-i keçid balını toplayıb.