• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün473
mod_vvisit_counterDünən729
mod_vvisit_counterBu həftə7445
mod_vvisit_counterBu ay43889
mod_vvisit_counterÜmumi2928028

Tarix: 21 Dek., 2024

Ümumi orta təhsil bazasında kolleclərə boş qalan plan yerlərinə qəbul elan edilir

Dövlət İmtahan Mərkəzi (DİM) ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerləri üzrə avqustun 27-dən sentyabrın 2-dək internet vasitəsilə ixtisas seçimi elan edir.

Orta ixtisas təhsil müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçiminə qəbul imtahanında (hər iki mərhələ üzrə birlikdə) topladıqları ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılır. Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsində fənlər üzrə bal məhdudiyyəti tətbiq olunmur. Ümumi (9 illik) orta təhsil səviyyəsini Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrində cari ildə bitirən abituriyentlər müsabiqədə tədris dili (Azərbaycan dili və ya rus dili), riyaziyyat və xarici dil fənlərindən buraxılış imtahanında (9-cu siniflər üzrə) əldə etdikləri nəticələr əsasında iştirak edirlər.

Ardını oxu...

Ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin (I mərhələdən sonra) qeydiyyatı bu gün başa çatır

 

Ali təhsil müəssisələrinə qəbul olan abituriyentlər avqustun 27-si saat 17:00‑dək sənədlərini müvafiq ali məktəbə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları ali təhsil müəssisəsindən öyrənə bilərlər.

Abituriyentin təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.

Xatırladaq ki, ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul olan abituriyentlərin qeydiyyatı isə sentyabrın 2-dək davam edəcək.

Yaradılan şərait gələcəyimiz olan savadlı, mükəmməl biliyə malik gənclərin yetişdirilməsinə xidmət edir

Müasir qloballaşma əsrində Azərbaycanda milli tərəqqinin yeganə yolu elm və təhsilin, yeni biliklərin, intellektual əməyin inkişafından, habelə kompüter və informasiya texnologiyalarının geniş tətbiqindən keçir. Bu gün Azərbaycanda təhsilə qayğı ən yüksək səviyyədədir. Bu sahədə həyata keçirilən islahatlar, ilk növbədə, Azərbaycanın xoşbəxt gələcəyinə hesablanıb.

Ölkəmizdə təhsilə diqqət və qayğı hələ ötən əsrin 60-cı illərindən başlayıb. Ulu öndər Heydər Əliyev 1969-cu ildən etibarənAzərbaycanda təhsil müəssisələrinin yeniləşdirilməsinə, onların maddi-texniki bazasının möhkəmləndirilməsinə, təhsilin keyfiyyətinin yüksəldilməsinə birbaşa rəhbərlik edib. İstedadlı və xüsusi qabiliyyətli gənclərin üzə çıxarılması, yeni texnologiyaların tətbiqi görkəmli dövlət xadiminin daim diqqət mərkəzində olub.

Ardını oxu...

Sədərək Rayonununda Yüngül Atletika yarışı keçirilmişdir

"Məktəblilərin yay tətilini səmərəli keçirmələri ilə bağlı ” Naxçıvan Muxtar Respublikası  Təhsil  Nazirliyinin müvafiq tədbirlər planına əsasən Sədərək rayon Təhsil şöbəsinin və Uşaq Gənclər İdman məktəbinin birgə təşkilatçılığı ilə Sədərək kənd 1 nömrəli tam orta məktəbində qızlar arasında Yüngül atletika üzrə  1500 metr məsafəyə birincilik keçirilmişdir. Tədbirdə çıxış edən məktəbin direktoru Nizami Bağırov yarışın mahiyyəti haqqında idmançılara məlumat verərək tədbiri açıq elan etmişdir. Yarışda məktəbdənkənar təhsil müəsissəsinin Yüngül atletika dərnəyinin 12 üzvü iştirak etmişdir. Yarışın sonunda 1-ci yerə Abbasova Aysu, 2-ci yerə  Şirəliyeva Günlarə ,3-cü yerə isə Abdullazadə Sevgi layiq görülmüşlər. Qaliblər təşkilatçıların diplom və fəxri fərmanları ilə mükafatlandırılmışlar.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg