AFFA-dan dəvət edilən təcrübəli mütəxəssislər tərəfindən orta məktəblərdə fiziki tərbiyə fənnini tədris edən müəllimlərin futbol biliklərinin artırılması üçün “D” kateqoriyalı məşqçilik kursu başlayıb.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil Nazirlikləri, AFFA, eləcə də Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən kurs Bakıdan dəvət edilən futbol mütəxəssisləri Cahangir Həsənzadə və İlham Əzizzadə tərəfindən aparılır.