• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün351
mod_vvisit_counterDünən846
mod_vvisit_counterBu həftə8169
mod_vvisit_counterBu ay44613
mod_vvisit_counterÜmumi2928752

Tarix: 22 Dek., 2024

Naxçıvanda “Mütaliə aylığı” elan olunub

Bu ay  muxtar respublikanın ümumtəhsil məktəblərində “Mütaliə aylığı” elan edilib. Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən “Şagirdlərin formalaşdırılmasında mütaliənin rolu və əhəmiyyəti” mövzusunda tədbir keçirilib.
Naxçıvan Dövlət Texniki Kollecində keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov təhsil müəssisələrinin kitabxanalarının zəruri avadanlıqlarla təchiz olunduğunu, 3 milyona yaxın dərslik, 600 mindən çox latın qrafikası ilə çap olunmuş bədii ədəbiyyatla təmin edildiyini vurğulayıb.

Ardını oxu...

“Vətənpərvərlik” mövzusunda açıq dərs

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərində açıq səma altında Naxçıvan Döyüş Şöhrəti Muzeyində “Vətənpərvərlik” mövzusunda Naxçıvan şəhər ümumtəhsil məktəblərinin şagirdlərinə açıq dərs keçilib. Açıq dərsdə Naxçıvan şəhər 9, 16 və 2 nömrəli tam orta məktəblərin hərbi rəhbərləri Səfər Tağıyev, Salman Novruzov, Novruz Novruzov vətənpərvərlik mövzusunda çıxış ediblər. Çıxışlarda vurğulanıb ki, müəllim məktəbdə, ilk növbədə,şəxsiyyət yetişdirir və bu missiyanın təməlində vətənpərvərlik tərbiyəsi dayanır. Bu gün keçirilən tədbir də məhz bu məqsədə xidmət edir. Vətən borcu, Vətən sevgisi hər kəsin ürəyində olmalıdır. Bu sevgi onlara məhz məktəbdə aşılanmalıdır. Bildirilib ki, istər Aprel döyüşlərində, istərsə də Ali Baş Komandanın vurğuladığı kimi, “Uğurlu Naxçıvan əməliyyatı” – Günnütün azad edilməsində əsgər və zabitlərimizin peşəkarlığı, qəhrəmanlığı və Vətənə bağlılığı sübut etdi ki, Azərbaycanda vətənpərvər nəslin yetişdirilməsi bacarıqlı hərbi kadrların formalaşmasında mühüm rol oynayır. IX və X sinif şagirdlərinin iştirak etdikləri açıq dərsdə muzeydəki müxtəlif illərdə döyüş növbətçiliyinə qəbul edilmiş silah, texnika və qurğular, eləcə də müxtəlif hərbi təyinatlı avtomobillər böyük maraq doğurub. Sonra şagirdlərTəlim-Tədris Mərkəzi ilə tanış olub, vətənpərvərlik mövzusunda müzakirələr çay süfrəsi arxasında davam etdirilib.

Əlahiddə Ümumqoşun Orduda növbəti təlim toplantısı keçirilib

Naxçıvan Qarnizonunda Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərində “Gənclərin çağırışaqədərki hazırlığı” fənnini tədris edən hərbi rəhbərlərin peşəkarlıqlarının artırılması məqsədi ilə növbəti təlim toplantısı keçirilib. Toplantı zamanı hərbi rəhbərlərin sıra hazırlığı yoxlanılıb.
Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində keçilən nəzəri dərslərdən sonra hərbi-vətənpərvərlik mövzusunda film və video-çarxlar nümayiş etdirilib.
Təlim toplantısında müxtəlif təyinatlı silahların natamam sökülüb yığılması, kütləvi qırğın silahlarından mühafizə vasitələri və onlardan istifadə qaydaları əyani şəkildə göstərilərək normativlər qəbul olunub. Yaralılara ilkin tibbi yardım edilərək onların döyüş meydanından təxliyəsi üzrə dərslər  keçilib.

Ardını oxu...

Şahmat müəllimlərinə sertifikatlar təqdim olunub

Martın 5-də Naxçıvan Şahmat Mərkəzində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Şahmat Federasiyası tərəfindən sertifikasiya imtahanlarında uğurlu nəticə əldə edən müəllimlərə sertifikatların təqdimatı olmuşdur.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Seymur Talıbov demişdir ki, muxtar respublikada bütün sahələrlə yanaşı, şahmatın da inkişafı daim diqqət mərkəzindədir. Şəhər və rayonlarda şahmat məktəbləri tikilib istifadəyə verilib, orta məktəblərdə şahmat dərsləri tədris olunur. Şahmat Federasiyası Təhsil Nazirliyi ilə birgə orta məktəblərdə şahmatın yüksək səviyyədə tədris olunması üçün sertifikasiya imtahanları keçirmişdir.

Ardını oxu...


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg