“Vətənin Müdafiəsinə Hazıram” poliatlon çoxnövçülüyü üzrə respublika final mərhələsinin qalibi olmuş Babək rayon Payız kənd tam orta məktəbinin komandasının mükafatlandırılması mərasimi keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov və Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri Azad Cabbarov məktəbliləri qazanılan uğura görə təbrik edib, gələcək təhsil və idman yarışlarında onlara uğurlar arzulayıblar.