• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün325
mod_vvisit_counterDünən1329
mod_vvisit_counterBu həftə8232
mod_vvisit_counterBu ay53386
mod_vvisit_counterÜmumi2937525

Tarix: 29 Dek., 2024

Əhalinin mənzil-məişət şəraiti yaxşılaşdırılır

Son illər muxtar respublikada yenidən qurulan və ya tikilərək istifadəyə verilən yeni yaşayış binaları vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə yanaşı, həm də məskunlaşmanın və yüksək rifahın göstəricisidir.
Mayın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şərur şəhərində tikiləcək yeni yaşayış binasının layihəsinə və əraziyə baxıb.
Məlumat verilib ki, zirzəmi ilə birlikdə 6 mərtəbədən ibarət olacaq yaşayış binası 40 mənzillidir. Mənzillərdən 10-u dörd, 20-si üç, 10-u ikiotaqlı olacaqdır. Dördotaqlı mənzillərin ümumi sahəsi 120, üçotaqlı mənzillərin ümumi sahəsi 95-102, ikiotaqlı mənzillərin ümumi sahəsi isə 75 kvadratmetrdir.
Ali Məclisin Sədri tikinti işlərinə başlanılması barədə tapşırıqlar verib.

Şərur Rayon Mədəniyyət Sarayı istifadəyə verilib

Mayın 10-da Şərur Rayon Mədəniyyət Sarayı istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.
Şərur Rayon Mədəniyyət Şöbəsinin müdiri Abbas Musayev çıxış edərək deyib ki, bu gün muxtar respublikada mədəniyyətin hərtərəfli inkişafı təmin edilib. Son illər mədəniyyət müəssisələri üçün yeni binaların istifadəyə verilməsi, mədəni irsimizin qorunması, yeni muzeylərin, uşaq musiqi və incəsənət məktəblərinin yaradılması, kənd mərkəzlərində kitabxana və mədəniyyət evləri üçün binaların istifadəyə verilməsi, eləcə də xalq yaradıcılığının inkişaf etdirilməsi, tarixi abidələrin bərpası və öyrənilməsi mədəniyyətimizin inkişafına mühüm töhfədir. Şərur Rayon Mədəniyyət Sarayının inşası da mədəniyyətə göstərilən qayğının bariz nümunəsidir.

Ardını oxu...

Ulu öndər Heydər Əliyev siyasətinin bəhrələri: davamlı inkişaf, yüksək rifah

Şərur rayonunun quruculuq xəritəsi genişlənir
Ümummilli liderimiz Heydər Əliyev deyib: “Şərur rayonunun imkanları böyükdür... Arzu edirəm ki, buranı daha da abadlaşdırasınız, gözəlləşdirəsiniz və iqtisadiyyatını daha da inkişaf etdirəsiniz”.
Bu gün ulu öndərin arzuları reallığa çevrilib. Muxtar respublikanın davamlı sosial-iqtisadi inkişafı Şərur rayonunu da yeni inkişaf mərhələsinə çıxarıb. Rayon mərkəzində və kəndlərdə aparılan geniş quruculuq işləri, yaşayış səviyyəsinin yüksəlməsi, yeni iş yerlərinin açılması məskunlaşmanın artmasına səbəb olub.

Ardını oxu...

Naxçıvanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü qeyd olunub

Mayın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül qoyub, ulu öndərin xatirəsini dərin ehtiramla yad edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin, nazirlik, komitə, xidmət və baş idarələrin, müəssisə və təşkilatların, ali məktəblərin, hərbi hissələrin nümayəndələri, Türkiyə Respublikasının və İran İslam Respublikasının Naxçıvan Muxtar Respublikasındakı baş konsulları da ulu öndərin xatirəsini ehtiramla yad ediblər.

Ardını oxu...


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg