Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda gənc rəssam, Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbinin XI sinif şagirdi Aygün Hacıyevanın “Fırçamdakı sehrli dünyam” adlı hesabat sərgisi açılıb. Sərgidə rəssamın müxtəlif janrlarda 35 əsəri nümayiş olunur. Bu münasibətlə keçirilən tədbirdə sənətşünas Nizami Alıyev gənc rəssamın yaradıcılığı barədə məlumat verib. Bildirib ki, Aygün Hacıyeva Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin builki məzunudur.
Ardını oxu...
|
“Biz sahibkarlığın inkişafına dövlət siyasətimiz kimi baxırıq. Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq”,- deyən ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu sosial-iqtisadi inkişaf strategiyası bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, özəl bölməyə dövlət dəstəyi diqqətdə saxlanılır. Naxçıvan Muxtar Respublikasında da sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən tədbirlər, qəbul olunan dövlət proqramları yeni istehsal və xidmət sahələri ilə yanaşı, həm də əlverişli investisiya mühiti yaradıb. Mayın 19-da Naxçıvan şəhərində yeni xidmət kompleksi -“Naxçıvan Saray” Məhdud Məsuliyyətli Cəmiyyəti fəaliyyətə başlayıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yeni xidmət kompleksində yaradılan şəraitlə maraqlanıb.
Ardını oxu...
18 May 2022-ci il tarixində Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin üzvləri ilə Heydər Əliyev Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvlərinin görüşü təşkil olunub. Görüşdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Aparatının sektor müdiri Rasim Rüstəmov bildirib ki, muxtar respublikada dövlətimiz tərəfindən şagirdlərin təhsili ilə yanaşı onların asudə vaxtlarının səmərəli təşkili də diqqətdə saxlanılır. Qeyd olunub ki, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində də dərnək üzvlərinin asudə vaxtlarının səmərəli təşkili, onların istedad və bacarıqlarının üzə çıxarılması üçün mühüm tədbirlər görülür. Diqqətə çatdırılıb ki, yazıçı və şairlərlə görüşlərin, onların əsərlərinin müzakirələrinin keçirilməsi dərnək üzvlərinin yaradıcılığa marağın artırılmasında, yaradıcı şagirdlərin üzə çıxarılmasında mühüm rol oynayır.
Ardını oxu...
V əsrdə Səfəvi təriqətinə Şeyx Cüneyd və Şeyx Heydər başçılıq etmişdir. Onlar uğurlu yürüşlər ilə öz mövqelərini gücləndirmişdilər. Lakin hər ikisiAzərbaycanın hakim qüvvələri olan Ağqoyunlu və Şirvanşahlar tərəfindən məğlub edilib öldürülmüşdülər. Eyni aqibəti Şeyx Heydərin böyük oğlu Sultanəli də yaşamışdı. Bu hadisələrdən sonra Şeyx Heydərin digər oğlu, gələcəkdə adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdıracaq 13 yaşlı İsmayıl qızılbaşların başına keçdi. Gənc İsmayılın iki əsas məqsədi var idi. Bunlardan biri düşmənlər tərəfindən xaincəsinə öldürülmüş atasının, qardaşının və babasının qisasını almaq, ikincisi isə Səfəvilərin başında durduğu Ərdəbil şeyxliyini böyüdüb dövlətə çevirmək idi. Bunları həyata keçirmək üçün öncə İsmayıl ətrafına güclü ordu yığmalı idi.
Ardını oxu... |
|