• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün21
mod_vvisit_counterDünən2947
mod_vvisit_counterBu həftə8027
mod_vvisit_counterBu ay3671
mod_vvisit_counterÜmumi2520487

Tarix: 03 May, 2024

Naxçıvanda məktəbəqədər təhsil müəssisələrinə - bağçalara işə qəbul üçün müsabiqə elan edilib

Müsabiqədə iştirak etmək istəyən şəxslər 13 aprel-13 may 2022-ci il tarixlərdə Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzinin internet portalında (www.dim.nmr.az) “şəxsi kabinet” bölməsinə daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizədlər test imtahanında iştirak üçün 90 manat məbləği “şəxsi kabinet” vasitəsilə bank kartları ilə ödəyə bilərlər. Digər halda həmin məbləğ Dövlət İmtahan Mərkəzinin “Naxçıvanbank” ASC-dəki bank hesabına (AZ50NAXB36015000024840000AZN) ödənməli və ödənişə dair qəbz həftənin iş günləri saat 900-dan 1230-dək və 1400-dan 1730-dək Dövlət İmtahan Mərkəzinə təqdim edilməlidir. Namizəd bir neçə vakant vəzifənin tutulması üçün müraciət edə bilər. Namizədlər elektron müraciət formasını doldurarkən iddia etdikləri vakant vəzifələrin tutulma şərtlərini nəzərə almalıdırlar. Test imtahanında uğur qazanmış musiqi rəhbərlərinin fortepianoda ifa bacarıqları yoxlanılacaqdır. Qeydiyyatdan keçməkdə çətinlik çəkən namizədlər Dövlət İmtahan Mərkəzinə gəlməklə müraciət edə bilərlər. Maraqlananlar Dövlət İmtahan Mərkəzinin (036) 545-65-71 nömrəli əlaqə telefonu və ya Hazır ki e-mail adres spam botlar tərəfindən qorunur , Baxmaq üçün Javascripti aktiv etməlisiniz. elektron poçt ünvanı vasitəsilə ətraflı məlumat əldə edə bilərlər

Ardını oxu...

Məktəblilər arasında “3D Bacarıqlar” və “Labirint robot” müsabiqəsi keçirilib

Aprelin 12-də  Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin və "Naxçıvan" Universitetinin birgə təşkilatçılığı ilə univeristetin idman zalında muxtar respublika məktəbliləri arasında STEAM layihələrindən ibarət növbəti “3D Bacarıqlar” və “Labirint robot” müsabiqəsi keçirilib.
Şagirdlərin 3D çap texnologiyasından istifadə bacarıqlarını təkmilləşdirmək, alqoritm vasitəsilə kodlaşdırma bacarıqlarını inkişaf etdirmək məqsədilə keçirilən “3D Bacarıqlar” və “Labirint robot” müsabiqələrində   şəhər  və  rayon  məktəblərinin VI-XI sinifləri üzrə 102 komanda olmaqla, ümumilikdə 200-dən artıq şagird iştirak edib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasının qadın idmançısı Gülcahan Əliyeva Azərbaycan çempionu olub

09-10 aprel 2022-ci il tarixlərində Bakı şəhər Şüvəlan  qəsəbəsi Ağır Atletika Akademiyasının bazasında kişi və qadın idmançılar arasında Azərbaycan çempionatı keçirilib.
Ağır Atletika Akademiyasının yarış zalında keçirilən Azərbaycan çempionatında kişi və qadınlar arasında sinkler cədvəli üzrə mütləq qalib və mükafatçılar müəyyənləşib. Çempionatda Naxçıvan Muxtar Respublikası Atletika Federasiyası 3 idmançı ilə təmsil olunub.

Ardını oxu...

Naxçıvan məktəblisi beynəlxalq müsabiqənin qızıl medalına layiq görülüb

“Sabahın tədqiqatçıları - 2022” layihəsi çərçivəsində Naxçıvan Qızlar Liseyinin IX sinif şagirdi Surə Ələkbərova “Naxçıvan dialekt və şivələrində frazeoloji vahidlərin leksik-semantik xüsusiyyətləri” mövzusunda tədqiqat aparır. AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Dilçilik şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Nuray Əliyevanın rəhbərliyi ilə tədqiqat aparan Naxçıvan məktəblisi “Mənim dilim, mənim dostum” (Frazeoloji birləşmələr istiqaməti üzrə) mövzusunda “Erudit” onlayn beynəlxalq olimpiadasında uğurlu nəticə göstərərək I dərəcəli diplom və qızıl medal ilə mükafatlandırılıb. Göstərdiyi səmərəli fəaliyyətinə görə elmi rəhbər Nuray Əliyeva isə olimpiadanın münsiflər heyəti tərəfindən diplom və medalla təltif olunub.

Ardını oxu...


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg