• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün178
mod_vvisit_counterDünən2947
mod_vvisit_counterBu həftə7767
mod_vvisit_counterBu ay3828
mod_vvisit_counterÜmumi2520644

Tarix: 03 May, 2024

“Ümumtəhsil məktəblərində kitabxana işinin təşkili” mövzusunda konfrans keçirilib

Ümummilli lider Heydər Əliyev kitabxanaların əhəmiyyətinə yüksək qiymət verərək demişdir: “Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir”. Buna görə də “Mütaliə aylığı” çərçivəsində təhsil müəssisələrində kitabxanaların fəaliyyətinin gücləndirilməsi, yaradılan əlverişli şəraitdən səmərəli istifadənin təşkili və şagirdlərdə mütaliə mədəniyyətinin formalaşdırılması diqqətdə saxlanılır. Bu işlərin davamı olaraq aprelin 14-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində olan təhsil müəssisələrinin kitabxanaçıları ilə “Ümumtəhsil məktəblərində kitabxana işinin təşkili” mövzusunda konfrans keçirilib. Konfransa  Naxçıvan şəhər ümumtəhsil məktəblərində təcrübə keçən tələbələr də dəvət olunub.

Ardını oxu...

Şahmat üzrə növbəti interaktiv dərs keçirilib

14 aprel 2022-ci il tarixdə Naxçıvan Şahmat Mərkəzində “İtalyan partiyasına aid oyunların təhlili” mövzusunda növbəti interaktiv dərs keçirilib. Dərsi müəllim beynəlxalq usta Toğrul Həsənzadə  aparıb. Diqqətə çatdırılıb ki, müasir şahmatın öyrənilməsində elektron şahmat proqramlarından mütləq istifadə etmək lazımdır. “Lichess.org”, “chess.com” kimi internet səhifələrindən istifadə bu gün muxtar respublika məktəblərində geniş tətbiq olunur. Bundan başqa Naxçıvan Şahmat Federasiyasının “Youtube” səhifəsində dərslər yerləşdirilib və eyni zamanda CD formasında məktəblərə çatdırılıb.

Ardını oxu...

Gənc müəllimlər arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunun muxtar respublika mərhələsi keçirilib

Naxçıvan Gənc Müəllimlər Assosiasiyasının sədri Gülxanım Orucova iştirakçıların diqqətinə çatdırıb ki, Naxçıvan Muxtar Respublikası ümumtəhsil məktəblərində fəaliyyət göstərən gənc müəllimlər arasında yanvar-mart aylarında “Nə? Harada? Nə zaman?”  intellektual oyunun rayon mərhələsi keçirilmişdir. Rayonlar üzrə qalib olan komandalar final mərhələsində iştirak etmək hüququ qazanmışlar. Bu gün isə “Nə? Harada? Nə zaman?”  intellektual oyunun muxtar respublika mərhələsi keçirilir.

Ardını oxu...

Şagirdlər arasında ilk dəfə keçirilən “Milli musiqi və rəqs” müsabiqəsinin qalibləri mükafatlandırıldı

Aprelin 13-də məktəblilər arasında keçirilən  “Milli musiqi və rəqs” müsabiqəsinin yekununa həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov çıxış edərək təhsilə göstərilən dövlət qayğısından danışmışdır.
Bildirilmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində təhsil müəssisələrinin infrastrukturu yenilənmiş, şagirdlərin təhsil alması üçün zəruri şərait yaradılmışdır. Bununla yanaşı təhsil muxtar respublikada uşaq, yeniyetmə və gənclərin maraq, meyl və bacarıqlarının, intellektual səviyyələrinin, yaradıcılıq qabiliyyətlərinin inkişafı, onların istirahətinin, asudə vaxtlarının mənalı təşkilinin təmin edilməsi də diqqətdə saxlanılır. Bunun üçün məktəbdənkənar təhsil müəssələri müasir standartlara cavab verən ən yeni avadanlıqlarla zənginləşdirilib, uşaqların asudə vaxtlarında öz potensiallarını inkişaf etdirmələri üçün hərtərəfli şərait yaradılıb. Məktəbdənkənar təhsil müəssiələrində innovativ dərnəklərdə müasir biliklər, xalq yaradıcılığı nümunələri aşılanmaqla yanaşı, şagirdlərə milli musiqilər, rəqslər də öyrədilir. Bu da milli musiqi və rəqslərimizin təbliği baxımından mühüm əhəmiyyətə malikdir.

Ardını oxu...


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg