Dünyanın bir sıra mədəni xalqlarının ədəbiyyatı kimi, bəşəriyyətin söz xəzinəsini zənginləşdirən Azərbaycan poeziyası da xalqımızın tarixi qədər qədim, mənəviyyatı qədər zəngindir. Naxçıvan ədəbi mühiti isə Azərbaycan ədəbiyyatının xüsusi tərkib hissəsidir. Bu ədəbi mühit qədim dövrlərdən orta əsrlərə, yeni dövrdən müasir dövrə qədər həmişə Azərbaycan ədəbiyyatına parlaq ədəbi simalar, qiymətli əsərlər bəxş etmişdir. Muxtar respublikamızda da ədəbi mühitin inkişafı dövlət qayğısı ilə əhatə olunub.
Oktyabrın 15-də Şərur rayon Aralıq kənd tam orta məktəbində məktəbin IX sinif şagirdi, gənc yazıçı Sabrina Mədətovanın “Mahnın da, adın da dastana döndü...” adlı poemasının təqdimatı keçirilib.