• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün286
mod_vvisit_counterDünən1112
mod_vvisit_counterBu həftə14017
mod_vvisit_counterBu ay19021
mod_vvisit_counterÜmumi2959832

Tarix: 11 Yan., 2025

Naxçıvan Dövlət Texniki Kollecində STEAM kabinəsi yaradıldı

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında STEAM təhsil metodunun tətbiqi ilə bağlı tədbirlər haqqında” 7 iyun 2021-ci tarixli Sərəncamı ilə muxtar respublikanın təhsil müəssisələrində STEAM təhsilinin tətbiqi sahəsində işlər davam etdirilir. Görülən işlərin davamı olaraq ümumtəhsil məktəbləri ilə yanaşı  Naxçıvan Dövlət Texniki Kollecindədə STEAM kabinəsi yaradılmış, sentyabrın 22-də kollecdə yaradılan STEAM kabinəsinin təqdimatı keçirilmişdir.

Təqdimatda Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov çıxış edərək bildirib ki, muxtar respublikada təhsilin inkişafı üçün yaradılan şərait yeni təlim metodlarının tətbiqinə geniş imkanlar açmışdır. Buna görə də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə 2019-2020-ci tədris ilindən muxtar respublikada STEAM layihəsinin tətbiqinə başlanılıb.

Ardını oxu...

Arzulardan “ADA”ya uğurlu yol

Orta və yaşlı nəslin nümayəndələri, yəqin ki, xatırlayar. Məktəbli övladlarına ağılları kəsən gündən “Böyüyəndə nəçi olacaqsan?” sualı verilərdi. Bu gün isə sualın formatı bir qədər dəyişilərək “hansı qrupa gedirsən?” olmuşdur. Bəzən müasir gənclik bu suala kor-koranə cavab verməklə canını qurtarır. Lakin bu qruplaşmadan çox şey asılıdır, çünki çağdaş gənclər düşünməlidirlər ki, seçdikləri qruplar onların taleyini həll edir. Bununla bərabər, qeyd etməliyik ki, gənclərimizin sırasında “Böyüyəndə kim olacaqsan?” sualına cavab verə biləcək potensiallı, iddialı və məqsədli gənclər də kifayət qədərdir. 9 sentyabr 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri Cənab Vasif Talıbovun ənənəvi olaraq ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərən məzunlarla görüşü zamanı çıxış edən İlhamə Novruzova “Kompüter elmlərinə marağım yüksək olduğu üçün bu sahədə yaxşı mütəxəssis olmaq istəyirəm. Buna görə də “ADA” Universitetinin tədrisi ingilis dilində olan Kompüter elmləri ixtisasına qəbul olmuşam” deyərək həmin sualın cavabını verdi.

Ardını oxu...

Uğurlu gələcəyə gedən yolun sevincini yaşadan təhsil ocağı

Ölkəmizdə, eləcə də onun ayrılmaz hissəsi olan muxtar respublikamızda təhsilə göstərilən diqqət onun dinamik inkişafını təmin etməklə yanaşı, həm də gənclərimizin gələcək uğurlarının ən gözəl təminatçısıdır. Yurdumuzun bütün yaşayış məntəqələrində gənclərin inkişafı üçün təhsil sisteminin dövrün tələblərinə uyğun qurulması, formalaşması yüksək təhsil strategiyasının uğurlu inkişafından xəbər verir. Belə ki, lazımi avadanlıqlarla təchiz edilmiş yaraşıqlı məktəb binalarında ən müasir tədris resurslarının, informasiya və kommunikasiya texnologiyalarının istifadəyə verilməsi, o cümlədən ayrı-ayrı sahələr və fənlər üzrə yeni standartların tətbiq olunması ilbəil artan uğurlarla, ölkəmizə müsbət nəticələr qazandırmaqda davam edir. Bu mənada, sözügedən inkişaf və tərəqqidən lazımi səviyyədə bəhrələnən gənclərimiz istər ailəsinə, istər Vətəninə, istərsə də təhsil aldığı məktəbə böyük sevinc, xoşbəxtlik bəxş edir. Eynilə Naxçıvan şəhər 11 nömrəli tam orta məktəbin məzunları kimi. Diqqətə çatdıraq ki, artıq iki ildir, ali məktəblərə keçirilən qəbul imtahanlarında şəhərimizdəki 17 ümumtəhsil məktəbi sırasında öz şagirdlərinin uğurlu nəticələri ilə 11 nömrəli məktəb muxtar respublika birinciliyi qazanıb. Elə biz də həmin təhsil ocağının peşəkar müəllim kollektivi ilə yaxından tanış olmaq, yüksək nəticə əldə etməklə ailələrinə sevinc bəxş edib tələbə adını qazanan gənclərimizdən  uğurlarının sirrini öyrənmək üçün sözügedən ünvanın yolunu tutduq.

Ardını oxu...

Naxçıvan “TEKNOFEST-2021”də təmsil olunub

Türkiyə Texnologiya Komandası Vəqfi və Türkiyə Respublikasının Sənaye və Texnologiya Nazirliyi tərəfindən 21-26 sentyabr tarixlərində aviasiya, kosmos və texnologiya festivalı-“TEKNOFEST-2021” keçirilib.

İstanbul şəhərində 84 ölkənin iştirakı ilə keçirilən “TEKNOFEST-2021”də ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasından da nümayəndə heyəti iştirak edib.

Ardını oxu...


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg