Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-i ölkəmizdə Anım Günü kimi qeyd olunur.
Sentyabrın 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Anım Günü ilə əlaqədar Naxçıvan şəhərinin Dövlət Bayrağı Meydanındakı Xatirə Kompleksini ziyarət edib, abidə önünə güllər qoyub, şəhidlərin xatirəsinə ehtiramını bildirib.