“Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq həyata keçirilən quruculuq işləri kəndlərin abadlaşmasına, müasir infrastrukturun yaradılmasına və insanların rahat yaşayışına səbəb olub. Ölkə başçısı cənab İlham Əliyevin də dediyi kimi: “Muxtar respublika hərtərəfli inkişaf edir və bu gün Naxçıvan ölkəmizin ən inkişaf etmiş bölgələrindən biridir”. Həyata keçirilən tədbirlərin davamı olaraq bu il Ordubad rayonunun Aşağı Əndəmic kəndində də geniş abadlıq-quruculuq işləri aparılıb, yeni məktəb binası, kənd və xidmət mərkəzləri tikilib, avtomobil yolu çəkilib, Ordubad şəhər stadionu yenidən qurulub.