• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün466
mod_vvisit_counterDünən1112
mod_vvisit_counterBu həftə14197
mod_vvisit_counterBu ay19201
mod_vvisit_counterÜmumi2960012

Tarix: 11 Yan., 2025

İnam və əzmin uğurlu nəticələri

Bu ilki qəbul imtahanlarında  yüksək bal toplayan məzunlarımız haqqında yazılarımız davam edir.

I ixtisas qrupu üzrə 676  bal toplayaraq muxtar respublika ikincisi olan Oğuz Həsənli söhbətimizdə bildirdi: – 2004-cü il aprelin 16-da Culfa rayonunun Bənəniyar kəndində anadan olmuşam. Əvvəlcə rayonun Əbrəqunus kənd məktəbində sonra isə Bənəniyar kənd məktəbində təhsilimi davam etdirmişəm. Muxtar respublika üzrə keçirilən bilik yarışlarında, fənn olimpiadalarında, dəqiq fənlər üzrə (fizika, kimya, riyaziyyat) Bakıda keçirilən beynəlxalq olimpiadada iştirak etmişəm. Naxçıvan şəhərində təşkil edilən  fənn olimpiadasında  riyaziyyat fənni üzrə III yer tutaraq diploma layiq görülmüşəm. XI sinfi Qızıl medalla bitirmişəm. Boş vaxtlarımda idmanla məşğul oluram. Şahmat, tennis, voleybol oynayıram. Muxtar respublikada şahmat üzrə keçirilən yarışlarda iştirak edərək diploma layiq görülmüşəm. Bu ilki qəbul imtahanında  yüksək nəticə əldə etmişəm. Buna da özümə inanaraq və əzmlə çalışaraq nail olmuşam. Mənə həm orta məktəbdə, həm də kursda dərs deyən atamın dəstəyi  çox olmuşdur.

Ardını oxu...

Tələbə adının sevinci

Bu gün muxtar respublikamızın ən ucqar sərhəd yaşayış məntəqələrində, ən kiçik kəndlərdə tikilən müasirtipli məktəb binaları təhsilin inkişafına göstərilən böyük qayğı olmaqla, şagirdlərin elm, bilik dünyasına aparan yollarını aydınladır, qarşıya qoyulmuş məqsədə nail olmaq üçün stimul yaradır, öz intellekti ilə xalqına, cəmiyyətinə daha çox fayda vermək istəyənlərin sayı ilbəil artır. Nəticədə, ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarındakı göstəricilər ildən-ilə yüksəlir. Sərhəd bölgəsi olan Sədərək rayonunda da təhsilə göstərilən dövlət qayğısı nəticəsində hər il ali təhsil müəssisələrinə qəbul olunanların sayı artır. Bu da onunla bağlıdır ki, gələcəyimizin formalaşmasında təhsil ən mühüm amildir. Təhsilli bir cəmiyyətə sahib olmaq üçün ən vacib şərt isə övladlarımızın sahib olduğu təhsil səviyyəsidir. Onu da qeyd edək ki, yüksək bal toplayan abituriyentlər sırasında qızlar çoxluq təşkil edir. Xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev müsəlman şərqində ilk qızlar məktəbini tikdirərək qızların təhsil almasına yaratdığı imkanlarla, əslində, bir neçə nəslin təhsil almasına şərait yaradaraq deyirdi: “Bir kişinin (və ya oğlan uşağının) təhsil alması, sadəcə, bir nəfərin təhsil almasına bərabərdirsə, bir qadının (və ya qız uşağının) təhsil alması bir nəslin təhsil almasına bərabərdir”.

Ardını oxu...

Bir məktəbin tarixi

Naxçıvan şəhərində fəaliyyət göstərən, hər zaman öz uğurları ilə seçilən məktəblərdən biri də 8 nömrəli tam orta məktəbdir. Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan sənədləri vərəqlədikdə bu məktəbin 60 il bundan əvvəl fəaliyyətə başlamış Naxçıvan şəhər internat məktəbinin bazası əsasında (1998-ci ildə) yarandığı aydın olur. Tariximizin aynası olan arxiv sənədlərinə nəzər saldıqda məlum olur ki, Azərbaycan SSR Nazirlər Sovetinin 1959-cu il 9 aprel tarixli qərarı ilə yeni internat məktəblərinin açılması planlaşdırılıb. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi və Azərbaycan SSR Nazirlər Sovetinin 21 iyul 1959-cu il tarixli qərarında həmin tarixədək Azərbaycanda 1140 nəfəri əhatə edən 7 internat məktəbinin fəaliyyət göstərdiyi qeyd olunurdu ki, bu da respublika əhalisinin tələbatını ödəmirdi. Məhz buna görə 1959-1965-ci illərdə 38 min şagird kontingentindən ibarət internat məktəblərinin açılması nəzərdə tutulurdu. Qərarda 1959-cu ilin sentyabr ayında Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Əbrəqunus rayonunda I-IV siniflər üçün 120 nəfərlik 17 nömrəli internat məktəbinin açılması da nəzərdə tutulurdu.

Ardını oxu...

İnnovativ dərnəklərlə tanışlıq məqsədilə ekskursiyası təşkil olunmuşdur

24 avqust 2021-ci il tarixdə Ordubad Rayon ümumtəhsil məktəblərindən  60-a yaxın şagirdin Ordubad Rayon məktəbdənkənar təhsil müəssisələrinə innovativ dərnəklərlə tanışlıq məqsədilə ekskursiyası təşkil olunmuşdur.
Muxtar respublikanın məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyətinin təşkili həyata keçirilən təhsil islahatlarının əsas istiqamətlərindəndir. Xüsusilə yeni innovativ dərnəklərin yaradılması uşaqların asudə vaxtlarının səmərəli təşkili və intellektual inkişafı, onların istedad və bacarıqlarının üzə çıxarılması, yaradıcılıq qabiliyyətlərinin genişləndirilməsi, milli dəyərlər zəminində tərbiyələri üçün zəruri şərait yaradır.

Ardını oxu...


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg