• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün462
mod_vvisit_counterDünən1112
mod_vvisit_counterBu həftə14193
mod_vvisit_counterBu ay19197
mod_vvisit_counterÜmumi2960008

Tarix: 11 Yan., 2025

Təhsil cəmiyyətin inkişafının əsas amilidir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2004-cü il 21 avqust tarixli Fərmanı ilə hər il sentyabrın 15-i ölkəmizdə Bilik Günü kimi qeyd olunur.

“Hesab edirəm ki, cəmiyyət haradan olursa-olsun, nədən olursa-olsun, kəsib təhsilə xərcləməli, gənc nəslin təhsilinə, müəllimə kömək etməlidir. Bu, mənim prinsipial mövqeyimdir”, – deyən ümummilli liderimiz Heydər Əliyevin ötən əsrin 70-ci illərində müəyyənləşdirdiyi təhsil strategiyası ölkəmizdə bu sahənin davamlı inkişafının əsasını qoymuş, müstəqillik illərində isə təhsillə bağlı daha geniş islahatlar həyata keçirilmiş, Azərbaycan təhsili yeni inkişaf dövrünə qədəm qoymuşdur. Ölkə başçısı tərəfindən təhsil sistemində yenidənqurmanın həyata keçirilməsi, həm təhsil alanlar, həm də təhsil verənlər üçün əlverişli şəraitin yaradılması, təhsilin inkişafı istiqamətində dövlət proqramları və sərəncamların imzalanması təhsilimizin daha da inkişaf etdirilməsinə xidmət edir.

Ardını oxu...

Sosial qayğıya ehtiyacı olan uşaqlara məktəbli forması və dərs ləvazimatları verilib

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət uşaq siyasəti Naxçıvan Muxtar Respublikasında uğurla həyata keçirilir. Muxtar respublikada bütün kateqoriyadan olan uşaqlara, o cümlədən sosial qayğıya ehtiyacı olan uşaqlara daim diqqət və qayğı göstərilir, onların sosial reabilitasiyası, təlim-tərbiyələri, asudə vaxtlarının təşkili, cəmiyyətə inteqrasiyası, təhsil hüquqlarının həyata keçirilməsi və intellektual səviyyələrinin yüksəldilməsi hər zaman diqqət mərkəzində saxlanılır. Xüsusi kateqoriyadan olan uşaqlara həssaslıqla yanaşılan muxtar respublikada onların intellektual inkişafı, milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər gənc kimi formalaşması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu tədbirlərin davamı olaraq 10 sentyabr 2021-ci il tarixdə Naxçıvan Dövlət Texniki Kollecində  Naxçıvan Muxtar Respublikasının Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə   15 sentyabr - Bilik Günü mühasibətilə aztəminatlı, valideynlərini itirmiş, sağlamlıq imkanları məhdud uşaqlara məktəbli forması və dərs ləvazimatları verilib.

Ardını oxu...

Naxçıvanda yüksək bal toplayan məzunlarla görüş olub

Sentyabrın 9-da Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərini bitirərək ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan məzunlarla görüş keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərənləri, eləcə də onların timsalında tələbə adı qazanan bütün məzunları, onların valideynlərini və təhsil ictimaiyyətini təbrik edərək deyib: Hər bir ölkənin gələcəyi təhsilin səviyyəsindən və gənclərin necə yetişməsindən asılıdır. Ümummilli liderimiz Heydər Əliyev gənc nəslin ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirakını daim ön planda saxlayıb, buna nail olmağın yolunu isə elmin və təhsilin inkişafında görüb. Azərbaycanda mütərəqqi təhsil strategiyasının əsasını qoyan dahi şəxsiyyət deyirdi ki, “Müstəqil Azərbaycanın dövlətçiliyini, iqtisadiyyatını, elm və mədəniyyətini yalnız həqiqi təhsil, bilik almış adamlar inkişaf etdirib irəlilədə bilər”. Həqiqətən də, təhsilin dövlət və cəmiyyət quruculuğu prosesində rolu əvəzsizdir. “Hər bir ölkənin bu günü və gələcəyi təhsillə bilavasitə bağlıdır”, - deyən ölkə Prezidenti cənab İlham Əliyev də təhsili ümumi inkişafın əsas istiqaməti kimi müəyyənləşdirib.

Ardını oxu...

Şəhər ümumtəhsil məktəblərinin pedaqoji kollektivi üçün bölmə iclası keçirilib

Naxçıvan Şəhər Təhsil Şöbəsinin təşkilatçılığı ilə sentyabrın 8-də Heydər Əliyev adına tam orta məktəbdə Təhsil Şöbəsinin əhatə etdiyi ümumtəhsil məktəbləri və Təhsil Nazirliyinə birbaşa tabe məktəblərin pedaqoji kollektivinin işinə dair bölmə iclası keçirilib. Sentyabrın 7-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən konfransda verilmiş müvafiq tapşırığa əsasən məktəb işinin düzgün təşkili ilə əlaqədar məlumatlar Təhsil Şöbəsinin əməkdaşları tərəfindən tədbir iştirakçılarına çatdırılıb.

Ardını oxu...


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg