Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Ordubad şəhər stadionunda yenidənqurmadan sonra yaradılan şəraitlə maraqlanıb.
Məlumat verilib ki, stadionun ümumi sahəsi 8980 kvadratmetrdir. Ərazidə ikimərtəbəli yardımçı bina və 400 nəfərlik tamaşaçı tutumuna malik 2 tribuna inşa edilib, sadə idman qurğuları quraşdırılıb, 30 yerlik avtomobil dayanacağı yaradılıb. Yeni tikilən ikimərtəbəli binanın birinci mərtəbəsində qarderob və digər köməkçi otaqlar, ikinci mərtəbədə isə qapalı tribuna yerləşir.