Yol infrastrukturunun təkmilləşdirilməsi və modernləşdirilməsi muxtar respublikada əsas diqqət yetirilən sahələrdəndir. Bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində Araz kənd avtomobil yolu yenidən qurulub.
Oktyabrın 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yolda yaradılan şəraitlə maraqlanıb.
Bildirilib ki, ümumi uzunluğu 8,7 kilometr olan yola asfalt örtük salınıb, 600 metr yol hamarlanaraq qum-çınqıl qatı verilib, 38 metal boru su keçidi qoyulub, 370 metr beton su kanalı çəkilib.