Noyabrın 3-də Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi, “Mən fəxr edirəm ki, azərbaycanlıyam!” adlı onlayn videoçarx və foto müsabiqəsində qalib olan şagirdlərlə görüş keçirilib.
Görüşdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fəxri fərmanı, medal və hədiyyələri şagirdlərə təqdim olunub.
Qeyd edək ki, Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsində 1-i qızıl, 2-si gümüş, 2-si isə bürünc medala layiq görülməklə ümumilikdə 5 şagirdimiz qalib olub.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin şagirdləri və uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Mən fəxr edirəm ki, azərbaycanlıyam!” adlı videoçarx və foto müsabiqəsində isə 2 məktəblimiz qalib olub.