• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün797
mod_vvisit_counterDünən846
mod_vvisit_counterBu həftə8615
mod_vvisit_counterBu ay45059
mod_vvisit_counterÜmumi2929198

Tarix: 22 Dek., 2024

Şagirdlər dərslik, müəllimlər isə metodik vəsaitlərlə təmin olunublar

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən 2023-2024-cü tədris ili üçün hazırlıqla bağlı  həyata keçirilən tədbirlərdən biri də şagirdlərin dərsliklərlə vaxtında təminatıdır. Bunun üçün nazirlik tərəfindən ümumtəhsil məktəblərindəki dərsliklərin təhlili aparılmış, yeni dərsliklərə tələbat müəyyənləşdirilmiş, cari ilin aprel ayında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə  193 min 447 dərsliyin sifarişi verilmişdi. Avqust ayını əvvəllərindən başlayaraq sifariş verilən dərsliklərin  və müəllimlər üçün metodiki vəsaitlərin  muxtar respublikaya gətirilərək məktəblərə təhvil verilməsi təmin olunmuşdur.
Sentyabrın 13-dən isə  muxtar respublikanın bütün ümumtəhsil məktəblərində şagirdlərə dərsliklərin, müəllimlər üçün isə metodiki vəsaitlərin paylanılmasəna başlanılıb. Bu addım tədris ili başlananadək şagirdlərin bütün dərsliklərlə təmin edilməsinə və məzmunla tanış olmalarına imkan verəcəkdir. Müəllimlərə veriləcək metodik vəsaitlər isə onların tədris prosesini planlaşdırmalarına və metodik hazırlıq səviyyələrini artırmalarına yaxından köməklik edəcəkdir. Bu tədris ilində ümumtəhsil məktəblərinin  IV,VIII, XI siniflərində istifadə olunacaq  üçün bütün  dərsliklər və VI sinif “Təbiət” dərsliyi yeni nəşrlərdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası təhsil işçilərinin konfransı keçirilib

Sentyabrın 11-də Naxçıvan Muxtar Respublikası təhsil işçilərinin sentyabr konfransı keçirilib. Konfransda muxtar respublikanın təhsil müəssisələrinin rəhbərləri, Təhsil Nazirliyinin əməkdaşları, qabaqcıl müəllimlər iştirak edib.

Konfransda təhsil naziri Rəhman Məmmədov 2022-2023-cü tədris ilində təhsil sahəsində görülən işlər və qarşıda duran vəzifələrlə bağlı məruzə edib. Bildirilib ki, 2023-cü ildə də təhsil quruculuğu sahəsində işlər davam etdirilmiş, fevral ayının 1-də Babək rayon Vayxır, 9-da Ordubad rayon Xanağa, 23-də Şərur rayon Həmzəli, martın 15-də Şərur rayon Vərməziyar kənd tam orta məktəbləri, iyunun 14-də isə STEAM Təlim-Tədris Mərkəzi istifadəyə verilib. Şahbuz və Babək rayonu üzrə məktəbdənkənar təhsil müəssisələrinin, 954 şagird yerlik Nehrəm qəsəbə 3 nömrəli tam orta məktəbin, 456 yerlik Hacıvar kənd tam orta məktəbinin, 270 şagird yerlik Azadkənd tam orta məktəbinin binasının yenidən qurulması, Şərur rayon Təzəkənd tam orta məktəbinin əsaslı təmiri, Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə isə bərpa-gücləndirmə işləri istiqamətində işlər davam etdirilməkdədir.

Ardını oxu...

Yeni pedaqoji fəaliyyətə başlayacaq müəllimlər üçün “İnnovativ müəllim” təliminə start verilib

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən müəllimlərin  səriştəli bir mütəxəssis kimi yetişməsi üçün  müxtəlif təlimlər, seminarlar, ixtisasartırma kursları, treninqlər, elmi-praktik konfranslar təşkil olunur. Ötən tədris ilində də kadr hazırlığı məqsədilə 1000-dən artıq  müəllim keçirilən təlimlərə cəlb olunub. Pedaqoji kadrların mütəmadi olaraq təkmilləşdirilməsi onların peşəkarlıq səviyyəsinin yüksəldilməsi və hazırlığının keyfiyyətcə yüksək səviyyədə olmasını təmin edir. Elə bu məqsədlə də senytabrın 5-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən yeni işə qəbul olunan müəllimlər üçün STEAM təlim-Tədris Mərkəzində  3 günlük “İnnovativ müəllim” təliminə start verilib.Təlimə ümumtəhsil müəssisələrinə vakant vəzifələrə işə qəbul üçün elan edilmiş müsabiqənin 3-14 iyul tarixlərində keçirilən test imtahanlarında müvəffəqiyyət qazanaraq yeni fəaliyyətə başlayacaq  gənc müəllimlər cəlb olunub.

Ardını oxu...

Dünya Robot Olimpiadasının Azərbaycan final mərhələsində qalib olan məktəblilərlə görüş keçirilib

Sentyabrın 5-də STEAM Təlim-Tədris Mərkəzində Dünya Robot Olimpiadasının Azərbaycan final mərhələsinin iştirakçıları və "Robosport" kateqoryası üzrə qalib olan "Deusra" komandasının   üzvləri ilə görüş keçirilib.
Görüşdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov olimpiadada qalib olan məktəbliləri təbrik edib.
Bildirilib ki, muxtar respublikada da  2020-2021-ci tədris ilindən STEAM təhsil metodunun tətbiqinə başlanılıb və qısa müddət ərzində  Naxçıvan Muxtar Respublikası  Təhsil Nazirliyinin tabeliyində STEAM Təlim-Tədris Mərkəzi qurulub, 156 təhsil müəssisəsində STEAM kabinələri yaradılıb, ümumtəhsil məktəblərinin 70 faizi STEAM təhsilinə cəlb olunub. Həmçinin  Naxçıvanda 400-dən  artıq müəllim STEAM təlimlərinə, 19 minə  yaxın şagird isə STEAM təhsilinə cəlb olunub. Təhsil Nazirliyi tərəfindən şagirdlərdə innovativ təhsil metoduna dair biliklərin inkişaf etdirilməsi məqsədilə hər ay interaktiv dərslər, müxtəlif adlarda müsabiqələr, “STEAM yay məktəbi” təşkil edilib, şagirdlərin ölkədə keçirilən beynəlxalq festivallarda iştirakları təmin olunub  və uğurlu nəticələr qazanıblar.

Ardını oxu...


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg