• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün833
mod_vvisit_counterDünən846
mod_vvisit_counterBu həftə8651
mod_vvisit_counterBu ay45095
mod_vvisit_counterÜmumi2929234

Tarix: 22 Dek., 2024

Naxçıvanda ilk dəfə olaraq 66 müəllim müddətli müqavilə əsasında işlə təmin olunub

Bu gün dövlətimiz tərəfindən  muxtar respublikada  təhsil sahəsində həyata keçirilən məqsədyönlü  tədbirlərdən biridə ümumtəhsil məktəblərinin ixtisaslı kadrlarla təminatının yaxşılaşdırılmasıdır. 2018-ci ildən bu günədək Müəllimlərin İşə Qəbul müsabiqəsində yüksək nəticə göstərən gənclərdən 1027-si  müəllim, 258-i isə müxtəlif vəzifələrə olmaqla, ümumilikdə 1285 gənc kadr işlə təmin olunmuşdur.
2023-2024-cü tədris ili üçün də  Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən Müəllimlərin İşə Qəbulu üzrə müsabiqəyə müxtəlif ixtisaslar üzrə 200 vakant yer çıxarılmış, elan olunan  vakansiyaya 1352-i kadr  qeydiyyatdan keçmişdir. 3-14 iyul tarixlərində keçirilən Müəllimlərin  İşə Qəbul imtahanında 966 namizəd keçid balını toplamış, onlardan 136-sı ən yüksək nəticə göstərdiyindən sentyabrın 15-dən ümumtəhsil məktəblərində müəllim kimi fəaliyyətə başlamışdır. Bu tədbirlərin davamı olaraq sentyabrın 14-dən  ümumtəhsil müəssisələrində  vakant yerlərin kadr təminatını ödəmək üçün Müəllimlərin İşə Qəbulu imtahanında tutulmayan və ya yeni yaranan vakant yerlərə müvafiq keçid balını toplayan namizədlərin  muxtar respublikada ilk dəfə olaraq  müddətli müqavilə əsasında işə qəbulu prosesi həyata keçirilib.

Ardını oxu...

Heydər Əliyev adına tam orta məktəbdə 15 sentyabr- Bilik Günü ili ilə bağlı tədbir keçirilib

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov çıxışında “Heydər Əliyev ili” ndə yeni tədris ilinin Ümummilli Lider Heydər Əliyevin adını daşıyan məktəbin önündə qarşılamağın xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.  Ötən tədris ilinin muxtar respublika təhsili üçün uğurlu olduğunu qeyd edən İcra Hakimiyyətinin başçısı müəllim və şagirdlərə müvəffəqiyyətlər arzulayıb.
Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini, nazir vəzifələrinin müvəqqəti icra edən Ovni Muradov bildirib ki, bu gün muxtar respublikada  Ulu Öndərin müəllifi olduğu təhsil strategiyası  prezident cənab İlham Əliyev tərəfindən  uğurla həyata keçirilir. Ölkə başçısının müvafiq Sərəncamı ilə qəbul edilən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”da digər sahələr kimin təhsilin bütün pillələrinin inkişafı üçün də prioritet istiqamətlər müəyyənləşdirilib. Dövlət Proqramının icrası muxtar respublikada təhsilin inkişafına öz töhfəsini verəcək.

Ardını oxu...

Pedaqoji profilli ixtisasları bitirən 136 gənc müəllim işlə təmin olunub

Müəllimlərin İşə Qəbulu üzrə keçirilən  imtahanlarda müvafiq keçid balını toplayaraq işə qəbul edilən gənc müəllimlərlə sentyabrın 14-də görüş keçirilib.
Naxçıvan Muxtar Respublikasının təhsil nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Ovni Muradov  tədbiri giriş sözü ilə açaraq ölkəmizdə, o cümlədən muxtar respublikada  təhsilə göstərilən dövlət qayğısından danışıb. Qeyd olunub  ki, bu gün muxtar respublikada  müəllim nüfuzunun artırılması, təhsil işçilərinin fəaliyyətinin stimullaşdırılması, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər  davamlı xarakter almış, öz fəaliyyəti ilə seçilən müəllimlərin əməyi yüksək qiymətləndirilmişdi. Bu günə qədər  400-dən çox müəllim Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının “Əməkdar müəllimi” fəxri adına layiq görülmüş, “Tərəqqi” medalı ilə təltif edilmişdir.

Ardını oxu...

Sosial qayğıya ehtiyacı olan uşaqlara məktəbli forması və dərs ləvazimatları verilib

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət uşaq siyasəti bu gün ölkəmizdə uğurla həyata keçirilir. Muxtar respublikada da bütün kateqoriyadan olan uşaqlara, o cümlədən sosial qayğıya ehtiyacı olan uşaqlara daim diqqət və qayğı göstərilir, onların sosial reabilitasiyası, təlim-tərbiyələri, asudə vaxtlarının təşkili, cəmiyyətə inteqrasiyası, təhsil hüquqlarının həyata keçirilməsi və intellektual səviyyələrinin yüksəldilməsi diqqət mərkəzində saxlanılır. Bu tədbirlərin davamı olaraq 14 sentyabr 2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə   15 sentyabr- Bilik Günü mühasibətilə aztəminatlı, valideynlərini itirmiş, sağlamlıq imkanları məhdud uşaqlara məktəbli forması və dərs ləvazimatları verilib.
Bu münasibətlə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi Aparatının əməkdaşı Pənah Mehdiyev ölkəmizdə digər sahələr kimi təhsilə göstərilən xüsusi diqqət və qayğıdan danışıb.

Ardını oxu...


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg