Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin birgə əməkdaşlığı əsasında hibrid ortaq dərs təşil olunub. Dərs Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin IV c və Quba rayon Alekseyevka kənd tam orta məktəbinin IV a siniflərinin iştirakı ilə sinif müəllimləri İsayə Əliyeva və Sevil Allahverdiyeva tərəfindən keçirilib. Layihənin əsas məqsədi regionlarımız arasında müəllim əməkdaşlığın əhatə dairəsinin genişləndirilməsi, təcrübənin paylaşılması və mövcud imkanlardan istifadə etməklə dərsin effektivliyinin artırılmasıdır.
|
Nazirlər Kabinetinin “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” müvafiq qərarına əsasən, beşgünlük iş həftəsi ilə fəaliyyət göstərən təhsil müəssisələrində cari həftə son iş günü 4 noyabr, növbəti həftənin iş günləri 6, 7 noyabr, bayramdan sonra ilk iş günü isə 13 noyabrdır. Altıgünlük iş həftəsi ilə fəaliyyət göstərən təhsil müəssisələrində cari həftə son iş günü 4 noyabr, növbəti həftənin iş günləri 6, 7 noyabr, bayramdan sonra iş günləri 10,11 noyabr tarixləri müəyyən olunub. 2023–2024-cü tədris ilində VI-VII sinif şagirdləri arasında keçirilən fənn müsabiqələrinin təşkili və keçirilməsi qaydalarında dəyişikliklər edilib. Belə ki, VI sinif şagirdləri üçün müsabiqələr riyaziyyat, informatika və təbiət fənləri, VII sinif şagirdləri üçün isə riyaziyyat, fizika, kimya və biologiya fənləri üzrə təşkil olunacaq. İnformatika fənni üzrə müsabiqələrdə iştirak etmək istəyən VII sinif şagirdləri Elm və Təhsil Nazirliyinin “Azercell Telecom” şirkəti ilə əməkdaşlığı çərçivəsində keçirilən “Azercell CUP” müsabiqəsinə qoşula biləcəklər.
Ardını oxu... Oktyabrın 28-də Naxçıvan şəhər 11 nömrəli tam orta məktəbdə muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri üçün Amerikan Riyaziyyat Olimpiadası keçirilib. İngilis, azərbaycan və rus dillərində təşkil olunan olimpiadada şagirdlərə 25 sual təqdim olunub və sualların cavablandırılması üçün 90 dəqiqə vaxt ayrılıb. Qeyd edək ki, olimpiadada muxtar respublikanın ümumtəhsil məktəblərinin 2-11-ci siniflərindən 323 şagird iştirak edib. |
|