Naxçıvan şəhər məktəblilərinin Cəlil Məmmədquluzadənin Ev Muzeyinə ekskursiyası təşkil olunmuşdur

Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin şagirdlərinə Cəlil Məmmədquluzadənin Ev Muzeyində ekskursiya təşkil olunmuşdur. Naxçıvan Şəhər Təhsil Şöbəsi, Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə 30-a yaxın şagird iştirak etmişdir. Muzeyin elmi işçisi Kəmalə Allahverdiyeva şagirdlərə muzey haqqında geniş məlumat vermiş və bildirmişdir ki, ev muzeyi ümummilli lider Heydər Əliyevin 1998-ci il 19 iyun tarixli Sərəncamına əsasən yaradılmış, 1999-cu il oktyabrın 13-də muzeyin açılışı olmuşdur. Muzeydə böyük ədibin həyat və yaradıcılığına aid iki mindən artıq eksponat mühafizə olunur. Muzeydə nümayiş olunan Cəlil Məmmədquluzadənin əsərləri, “Molla Nəsrəddin” jurnalının müxtəlif illərə aid nüsxələri, ədibin müasirlərinə aid sənədlər və digər qiymətli eksponatlar şagirdlər tərəfindən maraqla izlənilmişdir.

Sonda şagirdləri maraqlandıran suallar muzeyin əməkdaşı tərəfindən cavablandırılmışdır.


Naxşıvan Qarnizonu tam orta məktəbində 20 Yanvar Milli Qürur Günü adlı tədbir keçirildi

20 Yanvar-Milli Hüzn Günü Azərbaycanın müasir tarixinin hüznlü və eyni zamanda qürur doğuran səhifəsidir. O vaxtdan 30 il ötür. Hər il olduğu kimi, bu il də Naxçıvan Qarnizonu tam orta məktəbində 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı silsilə tədbirlər həyata keçirildi.

20 yanvar Şəhidlərinin xatirəsinə həsr edilmiş, 13-18 yanvar tarixində məktəbin şagirdləri arasında şahmat, stolüstü tennis yarışları və “20 Yanvar Milli Qürur Günü” mövzusunda IX-XI sinif şagirdləri arasında inşa yazı , V-IX siniflər arasında viktorina və rəsm müsabiqəsi keçirildi.

Ardını oxu...

“20 Yanvar – Azərbaycan xalqının qəhrəmanlıq tarixi” mövzusunda interaktiv dərs


“20 Yanvar faciəsi təkcə Azərbaycan xalqına deyil, bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilən dəhşətli terror aktıdır”. Bu fikir Naxçıvan şəhərindəki Xatirə Muzeyi ilə muxtar respublikanın 200-dən çox ümumtəhsil məktəbi arasında “20 Yanvar – Azərbaycan xalqının qəhrəmanlıq tarixi” mövzusunda keçilən interaktiv dərsdə səsləndirilib. İnteraktiv dərsdə bələdçi Elvira Qədimova bildirib ki, muzeydə 2 mindən çox eksponat var və onlardan 400-ə yaxını ekspozisiyada nümayiş etdirilir. Ötən əsrin əvvəllərindən başlayaraq təcavüzkar erməni daşnaklarının azərbaycanlılara qarşı müxtəlif illərdə törətdikləri dəhşətli cinayətlərin izləri bu eksponatlarda öz əksini tapıb.

Ardını oxu...

Məktəblərin qış tətilinin vaxtı açıqlanıb

 

Yanvarın 27-dən ümumi təhsil müəssisələrində 2019-2020-ci tədris ili üzrə qış tətili başlayır. Qış tətili 27-31 yanvar tarixlərini əhatə edəcək. Beşgünlük tədris həftəsi tətbiq edilən məktəblər yanvarın 25-i və 26-sı şənbə bazara düşdüyü üçün onlar artıq yanvarın 24-dən sonra tətilə çıxacaqlar. Həmçinin fevralın 1-i şənbə gününə təsadüf etdiyi üçün bu tədris həftəsi üçün ikinci yarımil fevralın 3-dən başlayacaq. Altıgünlük tədris həftəsində işləyən məktəblər isə qış tətilinə yanvarın 25-dən sonra çıxacaqlar və ikinci yarımilə fevralın 1-dən başlayacaqlar.

Heydər Əliyev adına tam orta məktəbdə “20 Yanvar-Qəhrəmanlıq tariximiz” mövzusunda tədbir keçirilmişdir

 

Yanvarın 17-də Heydər Əliyev adına tam orta məktəbdə 20 Yanvar hadisəsinin 30-cu ildönümü münasibətilə “20 Yanvar-Qəhrəmanlıq tariximiz” mövzusunda tədbir keçirilmişdir.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamış və 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Sonra aparıcılar tərəfindən bu şanlı günün Azərbaycan xalqının həyatında dönüş mərhələsi, dönüş nöqtəsi olması qeyd olunmuş və bu günün tarixi barədə geniş məlumatlar verilmişdir. Milli azadlıq hərəkatımıza edilən qəsdin-20 Yanvar faciəsinin əsl mahiyyəti məhz Heydər Əliyevin düzgün siyasətinin nəticəsində xalqa çatdırıldığı, nə silah, nə də tankların xalqın əzmini sındıra bilmədiyi, 20 Yanvarın Azərbaycan xalqının birlik və qəhrəmanlıq tarixi olaraq yaddaşımıza yazıldığı şagirdlərə çatdırılmışdır.

Ardını oxu...

Başqa məqalələr...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg