Kəngərli rayonunda “2 Fevral- Gənclər Günü”nə həsr olunmuş Şahmat yarışı keçirilib

30 yanvar 2020-ci il tarixdə Kəngərli rayon Şahmat məktəbində “2 Fevral-Gənclər Günü”nə həsr olunmuş şahmat yarışı keçirilib. Yarış Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının Kəngərli Rayon Bölməsinin, Kəngərli Rayon Təhsil Şöbəsinin, Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilib. Yarışı giriş sözü ilə açan Kəngərli Rayon İcra Hakimiyyətinin əməkdaşı Kənan Məmmədli bildirib ki, müstəqillik və dövlətçiliyimizin möhkəmləndirilməsi, etibarlı gələcəyimizin təmin edilməsi gənclərin sosial-siyasi fəallığının yüksəldilməsindən çox asılıdır.

Ardını oxu...

“Naxçıvan – doğma diyarım” adlı bilik yarışı keçirilib

30 yanvar 2020-ci il tarixdə Kəngərli Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Qarabağlar kənd 1 nömrəli tam orta məktəbdə Naxçıvan Muxtar Respublikasının yaradılmasının 96-cı ildönümü münasibətilə ümumtəhsil məktəblərinin III-IV sinif şagirdləri arasında “Naxçıvan – doğma diyarım” adlı bilik yarışı keçirilib.

Bilik yarışının keçirilməsində əsas məqsəd məktəblilərin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmin nüfuzunu artırmaq, Naxçıvanın zəngin milli mədəniyyətinin və tarixinin təbliği eləcə də şagirdlərin asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etmək, eyni zamanda intellektual oyunlara məktəblilərin marağını artırmaqdan ibarətdir.

Ardını oxu...

Babək rayonunda “Pedaqoji fikir tarixindən” kitabı müzakirə edilib

29 yanvar 2020-ci il tarixdə Babək rayon Mədəniyyət evində Babək rayon İcra Hakimiyyəti və Babək rayon Təhsil Şöbəsi ilə birgə təşkil etdiyi  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən təsdiq olunmuş Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında bilik Fondunun 2019-cu il üzrə tədbirlər planına əsasən nəşr olunmuş və "oxunması zəruri olan kitablar haqqında" Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 avqust 2017-ci il Sərəncamı  il təsdiq edilmiş kitabların siyahısına əlavə edilmiş  publisist-politoloq Reyhan Mirzəzadənin “Pedaqoji fikir tarixindən” adlı kitabın  müzakirəsi keçirilmişdir.

Ardını oxu...

I yarımilin yekunu və qarşıda duran vəzifələrin müzakirəsi keçirilmişdir

 

29 yanvar 2020-ci il tarixində Heydərabad qəsəbə tam orta məktəbində Pedaqoji şura iclası keçirilmişdir. Pedaqoji şurada məktəbin pedaqoji heyəti və Sədərək rayon Təhsil şöbəsinin Metodkabinet müdiri Bulud Bağırlı iştirak etmişdir. Pedaqoji şuranın gündəliyində I yarimilin yekunu və qarşıda duran vəzifələr, V-XI siniflərdə ingilis dili fənninin tədrisi vəziyyəti, Uşaq Birliyi Təşkilatının Rəhbərinin yarimil üçün hesabatı, sınaq test imtahanlarının nəticələri və cari məsələlər müzakirə olunub.

Qərar layihələri dinlənilərək qəbul edilmişdir.

Gənc müəllimlər 3 günlük təlim-seminara cəlb edilib

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə imtahanlarda müvəffəqiyyət qazanan  gənc müəllimlər yanvarın 28-dən 3 günlük təlim-seminara cəlb edilib.

Seminarda işə yeni təyin olunacaq gənc müəllimlərə müəllim peşəsinin xüsusiyyətləri, etik davranış qaydaları, fənnin tədrisi və məktəb sənədlərinin işlənməsi üsulları, məktəbdaxili qiymətləndirmənin aparılması qaydası, sinif rəhbərinin vəzifələri, pedaqoji şuranın strukturu və hesabatın hazırlanması qaydası, elektron tədris vasitələrindən səmərəli istifadə yolları haqqında məlumat verilir.

Ardını oxu...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg