Naxçıvanda IX-XI sinif şagirdləri arasında sınaq imtahanları keçirilib

Bu gün muxtar respublikanın ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdləri arasında sınaq imtahanları aparılıb.

Sınaq  imtahanlarının keçirilməsinin məqsədi şagirdlərin bilik və bacarıqlarını daha da yüksəltmək, onların test kitabçaları üzərində sərbəst işləmə vərdişlərini artırmaqdır. Naxçıvan şəhərinin və muxtar respublikanın rayonlarında təşkil olunan sınaq imtahanlarının obyektiv keçirilməsi üçün qeyri-ixtisas müəllimləri cəlb olunub

Şagirdlər arasında stolüstü tennis birinciliyi keçirilmişdir


Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında Naxçıvan şəhər ümumtəhsil məktəblərinin VII-IX sinif şagirdləri arasında stolüstü tennis birinciliyi keçirilmişdir. Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi, Naxçıvan Şəhər Təhsil Şöbəsi və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 17 komanda üzrə (tərkibi 3 oğlan olmaqla) 51 şagird iştirak etmişdir. Birinciliyin yekununa əsasən, 5 nömrəli tam orta məktəbin komandası I yerə, 10 nömrəli tam orta məktəbin komandası II yerə, 2 və 15 nömrəli tam orta məktəblərin  komandaları isə III yerə layiq görülmüşlər.

Sonda qalib komandalar təşkilatçıların diplomları ilə mükafatlandırılmışlar.

“Şən startlar” əyləncəli idman oyunu keçirilmişdir


Naxçıvan şəhər 3 nömrəli tam orta məktəbin idman zalında məktəblilərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə Naxçıvan şəhər  ümumtəhsil məktəblərinin komandaları arasında “Şən startlar” əyləncəli idman oyunu keçirilmişdir. Tədbirin açılış mərasimində çıxış edənlər oyunun keçirilmə məqsədi haqqında geniş məlumat vermiş və komandalara uğurlar arzulamışlar, Naxçıvan Şəhər Təhsil Şöbəsi, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən oyunda 17 komandada tərkibi 3 oğlan     3 qız olmaqla 102 şagird iştirak etmişdir.

Ardını oxu...

Müəllim işləmək istəyənlərin 131 nəfəri keçid balını toplaya bilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət ümumi təhsil müəssisələrinə işə qəbul üçün noyabrın 6-da elan edilən müsabiqənin test imtahanları yanvarın 9-dan 24-dək keçirilib. Müəllimlərin işə qəbulu üçün elan olunmuş müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirən və dövlət nümunəli təhsil sənədi alan, habelə xarici ölkədə aldığı təhsil sənədi qanunvericiliklə müəyyən edilmiş qaydada tanınan muxtar respublikada yaşayan Azərbaycan Respublikasının vətəndaşları iştirak ediblər.

Ardını oxu...

Təbiəti qoruyaq

Naxçıvan Muxtar Respublikası Ekoloji Tərbiyə Mərkəzinin dərnək üzvləri “Təbiəti qoruyaq”  devizi altında aksiya keçiriblər.

Keçirilən aksiyanın məqsədi qışlayan quşların qorunması və rahat yuva tapmaları üçündür. Dərnək üzvləri dərsarası fasilələrdə, eləcə də dərsdən sonra bir araya gələrək yuvalar hazırlayırlar. Onlar hazırladıqları 15 ədəd quş yuvasını yemlə təmin edərək Naxçıvan şəhərindəki istirahət parkında ağaclara bərkidiblər.

Aksiyada 200-ə yaxın dərnək üzvü iştirak etmişdir.

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg