23 yanvar 2020-ci il tarixdə Kəngərli Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə şagirdlərin asudə vaxtının səmərəli təşkili, onlarda fəallığı artırmaq, maraqlarını müəyyənləşdirmək məqsədilə Qarabağlar kənd 1 və 2 nömrəli tam orta məktəblərin şagirdlərinin Qarabağlar Türbə Kompleksinə ekskursiyası təşkil olunub. Ekskursiyada 36 şagird iştirak edib.
Məktəblilərə məlumat verilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Qarabağlar Türbə Kompleksinin bərpası və tədqiq olunması haqqında” 2016-cı il 4 iyul tarixli Sərəncamına uyğun olaraq Kəngərli rayonunun Qarabağlar kəndindəki türk-islam mədəniyyətinin nadir nümunələrindən olan Qarabağlar Türbə Kompleksi də elmi və tarixi əsaslarla bərpa edilib.