Dərnək üzvləri Naxçıvan Avtomobil Zavodunda ekskursiyada olublar

Naxçıvan Muxtar Respublikası Texniki Yaradıcılıq Mərkəzinin məktəblilərin qış tətilinin səmərəli keçirmələri üçün hazırladığı Tədbirlər planına əsasən 29 yanvar 2020-ci il tarixdə Mərkəzin bir qrup dərnək rəhbəri və dərnək üzvləri ilə birlikdə Naxçıvan Avtomobil Zavodunda ekskursiyada oldular.

Əvvəlcə Muxtar Respublikada gedən iqtisadi inkişaf haqqında dərnək üzvlərinə geniş məlumat verildi. Sonra ölkəmizdə ilk və hələlik yeganə olan avtomobil zavodu ilə tanışlıq başlandı. Dərnək üzvləri və müəllimlər avtomobillərin yığıma başlamasından hazır modellərdə son tamamlama mərhələsinə qədər bütün proseslər haqqında məlumat aldılar.

Ekskursiya üzvləri üçün bu görüş olduqda maraqlı və yadda qalan oldu.

Dərnəy üzvüləri Tarix Diyarşünaslıq muzeyində olublar

29 yanvar 2020-ci il tarixində Culfa Rayon Təhsil Şöbəsi və Culfa rayon Turist Diyarşünaslıq Mərkəzinin  birgə təşkilatçılığı ilə  uşaqların asudə vaxtlarının səmərəli keçirilməsini təşkil etmək üçün dərnəyin 35 üzvü ilə Culfa Rayon Tarix Diyarşünaslıq muzeyində olmuşlar.

Muzeyin baş fond mühafizi Səma Əliyeva muzey haqqında ətraflı məlumat verərək qeyd etmişdir ki, muzey 1981-ci ildən fəaliyyət göstərir. Arxeoloqların yeni araşdırmasından, erkən orta əsrlərə aid edilən  iki  boyalı saxsı küp tapılaraq muzeyə verilmişdir ki, muzeydə olan eksponatların sayı 3 minə çatdırılmışdır. Muzeylər tarixi keçmişimizi gələcəyə aparan əsas vasitədir. Bu gün Rayon Tarix Diyarşünaslıq Muzeyi mədəni irsimizin qorunması və təbliğində fəal iştirak edir.

Sonda dərnəy üzviləri muzeydə olan eksponatlara baxmışlar.

Eksternat qaydada keçirilən aralıq imtahanında iştirak edən vətəndaşların nəzərinə!


Müxtəlif səbəblərdən ümumi orta və tam orta təhsil səviyyəsini başa vura bilməyən və həmin səviyyə üzrə buraxılış imtahanı verərək attestat almaq istəyən namizədlərin aralıq imtahanlarının nəticələri artıq məlumdur.

Nəticələrlə elanlar bölməsindən tanış ola bilərsiniz.

Gənclər gününə həsr olunmuş Şahmat yarışı keçirildi

 

28 yanvar 2020-ci il  tarixdə Culfa Rayon Uşaq Gənclər Şahmat İdman Məktəbində "2 Fevral-Gənclər Günü" nə həsr olunmuş qızlar və oğlanlar arasında şahmat yarışı keçirilmişdir. Yarış Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının Culfa Rayon bölməsi, Culfa Rayon Təhsil Şöbəsinin,Culfa Rayon Gənclər və İdman İdarəsinin, Yeni Azərbaycan Partiyasının Culfa rayon təşkilatının Gənclər birliyi  ilə birgə keçirilmişdir. Yarışda Culfa Rayon Təhsil Şöbəsinin müdiri Mehdixan Əliyev, Culfa Rayon Gənclər və İdman İdarəsinin rəisi İsmayıl İmanov çıxış edərək bildirdilər ki,"2 Fevral Gənclər Günü" 1997-ci ildə Ümummilli Liderimiz Heydər Əliyevin sərəncamı ilə təsdiq olunub.

Ardını oxu...

İnformatika müəllimlərinə seminar keçirildi

Culfa şəhər 3 nömrəli tam orta məktəbində rayon ümumtəhsil məktəblərində dərs deyən informatika müəllimlərinin birgə iştirakı ilə seminar keçirilmişdir. Seminarda 26 tam orta məktəbdən 60 nəfər informatika müəllimi iştirak etmişdir. Seminarı giriş sözü ilə Culfa Rayon Təhsil Şöbəsinin müdiri Mehdixan Əliyev açaraq qeyd etmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində məktəblərimiz yenilənmiş, şagirdlərimizin yüksək təhsil alması üçün lazımı şərait yaradılmışdır.

Ardını oxu...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg