17 yanvar 2020-ci il tarixdə Xatirə Muzeyində Naxçıvan şəhər Qarnizonu tam orta məktəbinin, 12, 13, 14 və 15 nömrəli tam orta məktəblərin şagirdlərinin iştirakı ilə “20 Yanvar – Azərbaycan xalqının qəhrəmanlıq tarixi” mövzusunda 11 nömrəli tam orta məktəbin tarix müəllimi Abdullayeva Sona Nazim qızı açıq dərs keçmişdir. Dərs zamanı şagirdlərə çatdırılmışdır ki, Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsindən 30 il ötür. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun hərbi hissələri Bakı şəhərində müstəqil dövlət yaratmaq və öz suverenliyini əldə etmək üçün ayağa qalxan dinc əhaliyə qarşı misli görünməmiş qətliam törədib.