Xatirə Muzeyində açıq dərs keçirilmişdir

16 yanvar 2020-ci il tarixdə Xatirə Muzeyində Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbin şagirdlərinin iştirakı ilə “Azadlıq uğrunda mübarizə” mövzusunda açıq dərs keçirilmişdir. Açıq dərsdə qeyd olunmuşdur ki, 1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur. 1990-cı ildə Bakıda 20 Yanvar və Azərbaycan tarixində ondan əvvəl baş vermiş faciəli hadisələr XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü idi. Sovet rəhbərliyinin himayədarlığı ilə başlayan Dağlıq Qarabağ hadisələri, Azərbaycan xalqına qarşı soyqırımı və azərbaycanlıların Ermənistan ərazisindəki əzəli torpaqlarından qovulması bu siyasətin növbəti mərhələlərindən biri idi.

Ardını oxu...

“20 Yanvar Azərbaycan xalqının qəhrəmanlıq tarixidir” mövzusunda tədbir keçirildi

Naxçıvan şəhər 16 nömrəli tam orta məktəbdə “20 Yanvar Azərbaycan xalqının qəhrəmanlıq tarixidir” mövzusunda tədbir keçirildi. Tədbir iştirakçıları 20 Yanvar şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad etdikdən sonra məktəbin direktoru Məlahət Rüstəmova “Yanvar qəhrəmanlarının şərəfli yolu” mövzusunda çıxış edərək, Azərbaycan xalqının müstəqillik və azadlıq uğrunda mübarizə səlnaməsində tarixləşən hadisələrdən danışdı. Məktəbin hərbi rəhbəri Salman Novruzov “20 Yanvar qəhrəmanları hec vaxt unudulmur” mövzusunda şəhidlərin qəhrəmanlıqları haqqında geniş məruzə ilə çıxış etdi.

Ardını oxu...

Universitetlərə sınaq imtahanlarının keçirilmə vaxtı

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin bakalavriatura səviyyəsi üzrə sınaq imtahanlarının vaxtını açıqlayıb.

Fevralın 16-da ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq istəyənlər üçün qəbul imtahanı modelinə uyğun sınaq imtahanı (I-IV ixtisas qrupları üzrə, II mərhələ) keçiriləcək.

"Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlar kütləvi xarakter daşıdığı üçün tədbirlərin qrafiki bir neçə dövlət orqanı ilə birgə müzakirə olunur, razılaşdırılır və yekun qərar qəbul olunduqdan sonra ictimaiyyətə elan olunur.

Digər imtahanların da qrafiki müəyyən olunduqdan sonra KİV-də məlumat veriləcək və Mərkəzin saytının “təqvim” bölməsinə əlavə ediləcək.

Buraxılış imtahanları bu tarixlərdə keçiriləcək

 

Dövlət İmtahan Mərkəzi buraxılış imtahanlarının vaxtını açıqlayıb. Bakı şəhəri və bölgələr üzrə ümumi (9 illik) orta təhsil bazasında təhsilalanlar üçün buraxılış imtahanlarının  birinci mərhələsi mart (1, 9, 15, 29 mart) ayında keçiriləcək. Qeyd edək ki,  əvvəlki illərin məzunlarının kolleclərə qəbul imtahanınları da eyni tarixdə keçiriləcək.

Culfa Rayonunda "20 Yanvar-Azərbaycan xalqının qəhrəmanlıq salnaməsidir" devizi altında şahmat yarışı keçirilmişdir


Yarış Naxçıvan Muxtar Respublika Şahmat Federasiyasının Culfa Rayon bölməsi, Culfa Rayon Təhsil Şöbəsinin  təşkilatçılığı ilə birgə keçirilmişdir. Yarışda Culfa rayon Təhsil Şöbəsinin müdiri M.Əliyev çıxış edərək bildirmişdir ki, Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi olan  20 Yanvar faciəsindən 30 il ötür. 30 il əvvəl Azərbaycan xalqına qarşı törədilmiş cinayət əslində bəşəriyyətə, insanlığa, humanizmə qarşı həyata keçirilmiş dəhşətli terror aktıdır. O, qeyd etdi ki, Vətən yolunda, torpaq uğrunda şəhidlik əsl qeyrət, hünər, şərəf və ləyaqət zirvəsidir. Ulu öndər Heydər Əliyev demişdir: "20 Yanvar şəhidlərinin qəhrəmanlığı Azərbaycan xalqı üçün, Azərbaycan gəncləri üçün örnəkdir.

Azərbaycanın bugünkü nəsli də,gələcək nəsilləri də bu şəhidlərin qəhrəmanlığından nümunə götürəcəklər." O yarış iştirakçılarına uğurlar arzuladı.

Yarışın qalibləri təşkilatçılar tərəfindən diplom ilə təltif olundular.

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg