Sədərək Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Sədərək kənd 2 nömrəli tam orta məktəbində IV-VIII və IX-XI siniflərinin sinif müəllimləri ilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən sınaq test imtahan nəticələrinin müzakirəsi keçirilmişdir. Müzakirə zamanı çıxış edən Sədərək Rayon Təhsil şöbəsinin müdiri Malik İsmayılov çıxış edərək bildirmişdir ki, keçirilən sınaq test imtahanları nəticəsinə əsasən məktəbin IV-VII-VIII-IX-X-XI sinifləri yaxşı nəticə göstərmiş. Amma V və VI siniflər zəif nəticə göstərmişdir. Bununla əlaqədar olaraq məktəbin V-VI siniflərinin fənn müəllimlərinə xəbardarlıq elan edilmiş və tapşırılmışdır ki, həmin siniflərdə dərslərin tədrisi diqqətdə saxlanılsın, növbəti keçiriləcək test sınaq imtahanında şagirdlərin yüksək nəticə göstərmələri üçün mütəmadi olaraq şagirdlərlə çalışsınlar.