AMEA-nın Naxçıvan Bölməsində muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri üçün “Naxçıvan Muxtar Respublikası müstəqillik illərində (1995-2019-cu illər)” mövzusunda interaktiv açıq dərs keçirilib.
Bölmənin sədri, akademik İsmayıl Hacıyevin apardığı dərsdə şagirdlərə Naxçıvan Muxtar Respublikasında 1995-2019-cu illərdə geniş vüsət alan tikinti, quruculuq, abadlıq və digər sahələrdə aparılan işlər barədə ətraflı məlumat verilib.