Olimpiada qalibləri mükafatlandırılıb


Muxtar respublika fənn olimpiadasının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov çıxış edərək bildirib ki, dövlətimizin hərtərəfli diqqət və qayğısı ilə təhsil müəssisələrinin maddi-tədris bazası daha da möhkəmləndirilib, tədris prosesi günün tələbləri səviyyəsində qurulub. Fənn kabinələri, fizika, kimya, biologiya laboratoriyaları zəruri avadanlıqlarla təmin olunub. Bütün bunlar isə təhsilin səviyyəsinin yüksəldilməsinə geniş imkanlar açır. İstedadı və yaradıcı təfəkkürü ilə seçilən şagirdləri aşkar etmək istiqamətində də müxtəlif tədbirlər həyata keçirilir. Bu tədbirlər sırasında hər il muxtar respublikada keçirilən fənn olimpiadaları mühüm əhəmiyyət kəsb edir.

Ardını oxu...

"Sabahın tədqiqatçıları" layihəsinin iştirakçısından uğurlu adım

“Sabahın tədqiqatçıları” layihəsinin iştirakçısı Naxçıvan Qızlar Liseyinin  IX  sinif şagirdi Nuray Məmmədovanın "Naxçıvan Muxtar Respublikası ərazisindəki bəzi yeraltı sularının minerallığının təyini" adlı layihəsi Moskvada  Məktəblilərin VIII Beynəlxalq Elmi-tədqiqat və yaradıcılıq "Elmə start" müsabiqəsində yoxlamadan uğurla keçmişdir.

Layihənin 3 səhifəlik "Mənim elmi işim" məqaləsi " Литературнoe творчество школьников" jurnalında, layihə isə "Школьный научный журнал " da  dərc olunacaq.

Şahmat üzrə Naxçıvan Muxtar Respublika seçmə yarışlarının qalibləri müəyyənləşib

Naxçıvan Şahmat Mərkəzində 8, 10, 12, 14 və 16 yaşlı oğlan və qızlar arasında keçirilən şahmat üzrə Naxçıvan Muxtar Respublika seçmə yarışları başa çatıb.

NUHÇIXAN xəbər verir ki, seçmə yarışların yekun nəticəsinə əsasən 8 yaşlı oğlanlar arasında İlham Mahmudov, 10 yaşlı oğlanlar arasında Ramal Həsənov, 12 yaşlı oğlanlar arasında Zaur Babayev, 14 yaşlı oğlanlar arasında Seyid Hüseyn, 16 yaşlı oğlanlar arasında isə Əli Əliyev qalib adını qazanıblar.

Ardını oxu...

Müəllimlərin işə qəbulu üçün test imtahanlarına başlanılıb

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət ümumi təhsil müəssisələrinə işə qəbul üçün noyabrın 6-sı elan edilən müsabiqənin test imtahanlarına yanvarın 9-da start verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, müsabiqəyə çıxarılan 229 vakant vəzifənin tutulması üçün 283 namizəd sənəd təqdim edib. Ən çox İbtidai sinif müəllimliyi (44), İnformatika (38), İngilis dili (33), Azərbaycan dili (29) və Fiziki tərbiyə (29) ixtisasları üzrə müraciətlər qeydiyyata alınıb.

Ardını oxu...

“Məktəblilərin təsviri və dekorativ-tətbiqi sənət müsabiqəsi”nə start verilib

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Rəssamlar Birliyinin birgə təşkilatçılığı ilə “Məktəblilərin təsviri və dekorativ-tətbiqi sənət  müsabiqəsi” başlayıb.  Müsabiqə yanvarın 8-dən 24-dək  muxtar respublikanın  bütün  şəhər və rayon ümumtəhsil  məktəblərinin  şagirdləri arasında nəzərdə tutulub. İlk olaraq Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində  Naxçıvan Şəhər Təhsil Şöbəsinin  tabeliyində olan ümumtəhsil  məktəblərinin şagirdləri arasında keçirilib.

Ardını oxu...

Başqa məqalələr...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg