15 yanvar 2020-ci il tarixində Sədərək rayon Heydərabad qəsəbə tam orta məktəbində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin və Sədərək rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Məktəblilərin təsvir və dekarativ-tədbiqi sənət müsabiqəsinin Sədərək rayon turu keçirilmişdir.
Tədbirdə Təsil nazirin müavini Heyran Əhmədova, Təhsil şöbəsinin müdiri Malik İsmayılov çıxış edərək bildirmişlər ki, Məktəblilərin təsviri incəsənət sənət müsabiqəsi məktəblilərin maraq və bacarıqlarının intelektual səviyyəsi və yaradıcı qabliyətlərinin aşkarlanması, müxtəlif məktəbdən kənar istiqamətlər üzrə aktiv yaradıcılıq fəaliyyətinə cəlb olunması ilə fərdi potensialların sistemli inkişafı ümumtəhsil məktəblərinin müvafiq sahələr üzrə sinifdənxaric və məktəbdən kənar fəliyyətlarinin qiymətləndirilməsi məqsədi ilə keçirilir deyə vurğulamışdırlar.