Naxçıvan Qarnizonu tam orta məktəbində şagirdlərin mükafatlandırılması tədbiri keçirilib

Naxçıvan Qarnizonu tam orta məktəbində tədris ili müddətində ənənəvi olaraq hər ayın sonunda sınaq test imtahanlarında, viktorinalarda, intellektual yarışlarda, yazı, şeir, rəsm, idman və digər yarışlarda fərqlənən şagirdlərin mükafatlandırılması tədbiri keçirilir. Bu gün də dekabrın 29-da ay ərzində müxtəlif tədbirlərdə fərqlənən məktəb şagirdlərinin təltif olunması mərasimi keçirildi. Tədbirdə məktəbin direktoru Azərbaycan Respublikasının Əməkdar müəllimi Natiq Əhmədov ilk olaraq tədbir iştirakçılarını qarşıdan gələn “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və təvqim ili olan “Yeni il” bayramları münasibəti ilə təbrik etdi.

Ardını oxu...

Kəngərli və Şərur rayon şahmatçıları arasında tempo turniri keçirilib

 

29 dekabr 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının Kəngərli Rayon Bölməsinin, Kəngərli Rayon Təhsil Şöbəsinin və Uşaq-gənclər şahmat məktəbinin birgə təşkilatçılığı ilə Kəngərli və Şərur rayon şahmatçıları arasında tempo turniri keçirilib. Rayonun Uşaq-gənclər şahmat məktəbində keçirilən tempo turniri başlamazdan əvvəl Uşaq-gənclər şahmat məktəbinin direktoru Əli Hüseynzadə çıxış edərək muxtar respublikada şahmata göstərilən qayğı və uğurla aparılan idman siyasəti haqqında şahmatçılara məlumat verib.

Ardını oxu...

Naxçıvan Qarnizonu tam orta məktəbində Xalq yazıçısı Hüseyn İbrahimovun 100 illiyinə həsr olunmuş tədbir keçirilib

Dekabrın 28-də Naxçıvan Qarnizonu tam orta məktəbində Xalq yazıçısı Hüseyn İbrahimovun 100 iliyinə həsr olunmuş təbdir keçirildi.

Təbdiri giriş sözü ilə Naxçıvan Qarnizonu tam orta məktəbinin direktoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi Natiq Əhmədov açaraq qeyd etdi ki, Prezident İlham Əliyevin və Ali Məclis Sədri Vasif Talıbovun Xalq yazıçısı Hüseyn İbrahimovun 100 illiyinin qeyd edilməsi haqqında Sərəncamları Azərbaycan ədəbiyyatına, onun görkəmli nümayəndələrinə dövlət səviyyəsində diqqətin mühüm nümunəsidir.

Ardını oxu...

Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbdə Yeni il şənliyi keçirilmişdir

Naxçıvan Şəhər Təhsil Şöbəsinin tabeliyində olan ümumtəhsil məktəblərində  "Sağlamlıq imkanları məhdud" və Valideyn himayəsindən məhrum məhrum olan uşaqlar" daim diqqət mərkəzində saxlanılır.

Dekabrın 28-də Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbdə təhsil alan "Sağlamlıq imkanları məhdud olan uşaqlar"  üçün Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram şənliyi keçirilib.

Şagird və valideynlərin iştirak etdiyi şənliyin sonunda şagirdlərə bayram hədiyyələri təqdim olunmuşdur.

Naxçıvan şəhər 11 nömrəli tam orta pedaqoji mühazirələrin dinlənilməsi və müzakirəsi keçirilmişdir

28 dekabr 2019-cu il tarixdə Naxçıvan şəhər C.Naxçıvanski adına 11 nömrəli tam orta məktəbdə müəllimlərin yazdıqları pedaqoji mühazirələrin dinlənilməsi və müzakirəsi keçirilmişdir. Müzakirədə Naxçıvan Şəhər Təhsil Şöbəsinin əməkdaşları, 17 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi, 2018-2019-cu tədris ilində keçirilən  pedaqoji mühazirələrdə Azərbaycan Respublikası üzrə II yerin qalibi İlhamə Quliyeva, 8 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Turac Hacıyeva və məktəbin fəal müəllimləri iştirak etmişdirlər.

Ardını oxu...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg