Cəlil Məmmədquluzadənin “Hekayələr”i haqqında

Mən kitab oxumağı çox sevirəm. Çünki bilmədiyim, öyrənmək istədiyim hər bir məlumatı kitablardan əldə edirəm. Oxuduğum kitablar arasında təkcə dərsliklərim deyil, bədii kitablar da var. Çünki biz şagirdlərin hərtərəfli formalaşmasında bədii kitabların rolu əvəzolunmazdır. Elə bu məqsədlə təsdiq olunmuş “Oxunması zəruri olan kitabların Siyahısı”na daxil edilən əsərlər bizim üçün ən böyük örnəkdir. Bu siyahı, sanki biz məktəblilər üçün bir kitabxanadır.

Biz şagirdlər bu əsərləri oxuduqca Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrini, keçmiş, habelə indiki və gələcək nəsillər üçün öz əhəmiyyətini itirməyən, dərin məna kəsb edən əsərlərin müəlliflərini yaxından tanıyırıq.

Məsələn, mən bilirəm ki,Cəlil MəmmədquluzadəAzərbaycan ədəbiyyatında ən görkəmli ədiblər sırasında olmuş, acgöz, yaltaq, savadsız və ədalətsiz insanları tənqid etmək məqsədilə bir sıra hekayələr, povestlər və dram əsərləri yazmışdır. Yazıçı cəhalət dərdinin yeganə dərmanını elmdə görürdü.

Ardını oxu...

Məktəb psixoloqu işini müasir tələblər baxımından necə qurmalıdır?

 

Müasir dövrdə insan tərbiyəsi və onun formalaşması olduqca aktual və özünəməxsus çətinlikləri olan bir prosesdir. Bu işin həyata keçirilməsi insanı öyrənən müxtəlif elmlər sisteminin əsas predmetinə çevrilib. Lakin etiraf etməliyik ki, insanın bir şəxsiyyət kimi formalaşmasının parametrləri və mexanizmlərini bütün dövrlərdə öyrənən psixologiya elmidir.

İnsan şəxsiyyətinin formalaşması prosesi müxtəlif mərhələləri və sistemləri əhatə edir. Bu sistemləri mikro, mezo, ekzo və makrosistemlər adlandırırlar. Mərhələli və fasiləsiz surətdə həyata keçirilən bu işin təşkili əsasən mikro sistemə aid olan orta ümumtəhsil məktəblərinin payına düşür. Orta ümumtəhsil məktəblərində yeni insan tərbiyəsi ilə müxtəlif ixtisaslı kadrlar məşğul olur. Lakin bu işin həyata keçrilməsi heç də hər zaman problemsiz ötüşmür və ortaya bir sıra çətinliklər çıxır. Qarşıya çıxan bu çətinliklərin aradan qaldırılmasında isə məktəb psixoloqlarının rolu əvəzsizdir.

Bu işin yerinə yetrilməsi bir sıra amillərin nəzərə alınmasını özündə ehtiva edir. 1) Tərbiyə olunanın şəxsiyyətinin parametrləri. 2) Onun şəxsiyyətinin formalaşması işini həyata keçirən məktəb psixoloqunun şəxsiyyətinin parametrləri. 3) Psixoloji xidmətin həyata keçirildiyi konkret şərait və bu şəraitin imkanları.

Ardını oxu...

Naxçıvan şəhər Peşə Liseyində əməli məşğələ keçirilib

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar və Təhsil Nazirliklərinin birgə təşkilatçılığı Naxçıvan şəhər Peşə Liseyində “Qazanxana maşinistləri qazanxanada baş verəcək hadisələrə hazır olmalıdır” mövzusunda əməli məşğələ keçirilib. Məşğələnin keçirilməsində əsas məqsəd qazanxanalarda baş verə biləcək yanğın və dəm qazından zəhərlənmə və partlayış hallarını şərti olaraq canlandırmaq, bu cür xoşagəlməz hallarda düzgün davranış qaydalarını müdavimlərə aşılamaqdır.

Keçirilən əməli məşğələdə 44 qazanxana maşinisti olmaqla ümumilikdə, 54 müdavim iştirak edib. Beləliklə sertifikatını almağa hazırlaşan qazanxana maşinistləri öz biliklərini təkmilləşdiriblər. Bu isə o deməkdir, bu müdavimlər qış mövsümündə 44 müəssisənin qazanxanasında təhlükəsizliyini təmin edəcəklər.

Tədbirin sonunda fəal iştirak edən müdavimlərə diplomlar təqdim olunub.

Naxçıvan Qarnizonu məktəbində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Naxçıvan Qarnizonu tam orta məktəbində 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü qeyd edilib.

Tədbirdə çıxış edənlər ötən tədris ilində məktəbin 21 məzunundan 19 nəfərinin ali təhsil müəssisələrinə, 2 nəfərin isə orta ixtisas təhsili müəssisələrinə daxil olduğunu bildiriblər. Qeyd olunub ki, məzunlardan 5 nəfəri daha yüksək nəticə göstərib. Muxtar respublikada müəllim əməyinə verilən yüksək qiymətin nəticəsidir ki, Naxçıvan Qarnizonu tam orta məktəbində dərs deyən müəllimlərdən 3 nəfəri Azərbaycan Respublikasının, 1 nəfəri Naxçıvan Muxtar Respublikasının “Əməkdar müəllimi” fəxri adlarına layiq görülüb, 1 müəllim “Tərəqqi” medalı, 1 müəllim isə “Rəşadətli əməyə görə” nişanı ilə təltif olunub.

Çıxışların ardından təhsildə fərqlənən müəllimlərə fəxri fərman və hədiyyə verilib.

Sonda şagirdlər müəllimlərini mahnı və şeir nümunələri ilə təbrik ediblər.

5 Oktyabr-Müəllimlər Günü qeyd olunur

Oktyabrın 5-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən Beynəlxalq Müəllimlər Günü ilə bağlı tədbir keçirilmişdir.

Tədbirdə Təhsil naziri Rəhman Məmmədov Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müəllimlərə fəxri adların verilməsi ilə bağlı imzaladığı sərəncamlarla tədbir iştirakçılarını tanış etmişdir. Bildirilmişdir ki, təhsil sahəsində səmərəli fəaliyyətlərinə görə muxtar respublika müəllimlərindən 4-ü Azərbaycan Respublikasının Əməkdar müəllimi, 4-ü Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi fəxri adına layiq görülmüş, 4 müəllim isə “Tərəqqi” medalı ilə təltif edilmişdir. Nazir müəllimlərin əməyinə verilən qiymətə görə minnətdarlığını bildirmiş, təltif olunan müəllimləri təbrik etmişdir.

Tədbirdə təhsil naziri Rəhman Məmmədov təhsilin inkişafına göstərilən dövlət qayğısından danışaraq bildirmişdir ki, muxtar respublika təhsili tarixin heç bir dövründə bu dərəcədə dövlət qayğısı ilə əhatə olunmamış və inkişaf etməmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində təhsil müəssisələrinin maddi-tədris bazası möhkəmləndirilmiş, 200-dən çox təhsil müəssisəsi tikilmiş və ya əsaslı şəkildə yenidən qurulmuş, ümumtəhsil məktəbləri kompüter və elektron lövhələrlə təmin edilmiş, laboratoriyalar və fənn kabinələri şagird və müəllimlərin istifadəsinə verilmişdir. Bütün bunlar isə muxtar respublika müəllimlərinin səmərəli fəaliyyətinə geniş imkanlar açmışdır.

Ardını oxu...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg