Payız-qış mövsümünə hazırlıqla əlaqədar müşavirə keçirilmişdir

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirəni təhsil naziri Rəhman Məmmədov açaraq məruzə edib.

Vurğulanıb ki, muxtar respublikada bütün sahələr kimi, təhsil də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə əhatə olunub. Aparılan təhsil quruculuğu təkcə rayon mərkəzlərini deyil, eyni zamanda ucqar dağ kəndlərini də əhatə etmişdir ki, bu da tədrisin yüksək səviyyədə təşkilinə əlverişli şərait yaratmışdır.

Tikilən və ya əsaslı şəkildə yenidən qurulan təhsil müəssisələri müasir istilik sistemi ilə təchiz olunmuşdur ki, bu da payız-qış mövsümündə həmin müəssisələrin fasiləsiz fəaliyyətini təmin etmişdir. 2019-cu ildə aparılan tikinti-quruculuq işləri başa çatdıqdan sonra şəhər və rayon təhsil şöbələri də daxil olmaqla ümumilikdə 247 təhsil müəssisəsi istilik sistemi ilə işləyəcəkdir. Ötən il təhsil müəssisələrinin 91 faizi istilik sistemi ilə işləmişdirsə, bu il təhsil quruculuğu sahəsində aparılan işlərin nəticəsində bu göstərici 95 faiz təşkil edir.


Ardını oxu...

Əzm, çox çalışmaq və yüksək hədəf

Gələcəyimiz naminə həyata keçirilən təhsil islahatlarının nəticəsi, sözsüz ki, özünü ali təhsil müəssisələrinə qəbul imtahanlarında göstərir. Ümumtəhsil məktəblərinin məzunlarının həm buraxılış imtahanlarında, həm də ali və orta ixtisas təhsili müəssisələrinə qəbul zamanı yüksək nəticələr əldə etməsi uğurlu təhsil islahatlarının bəhrəsidir. Böyük-kiçikliyinə, yaxın-uzaqlığına fərq qoyulmadan bütün yaşayış məntəqələrində müasir təhsil infrastrukturunun qurulması qəbul imtahanlarında iştirak edən və qəbul olunanlar arasında rayon və kəndlərdən olan abituriyentlərin də sayını artırıb.

2019-2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu və ümumtəhsil müəssisələri üzrə buraxılış imtahanları ilə bağlı Dövlət İmtahan Mərkəzinin elmi-statistik təhlili də bunu təsdiq edir. Bu, Ordubad rayon ümumtəhsil məktəblərinin simasında da özünü büruzə verir. Müasir texnologiyalar əsasında qurulan mütərəqqi təhsil şəraiti rayonun təhsil uğurlarını artırır. Sözügedən elmi-statistik təhlildə o da bildirilir ki, son 6 ildə Ordubad rayonu abituriyentlərinin ali məktəblərə qəbulolma faizi yüksək olub.

Ardını oxu...

Hərbi rəhbərlərlə növbəti təlim toplantısı keçirilmişdir

Əlahiddə Ümumqoşun Ordunun, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərində “Gənclərin çağırışaqədərki hazırlığı” fənnini tədris edən hərbi rəhbərlərlə keçirilən 3 günlük təlim toplantısına  ordunun Təlim-Tədris Mərkəzində yekun vurulub. Bununla əlaqədar keçirilən tədbirdə toplantının nəticələri, hərbi rəhbərlərin bilik və bacarıq səviyyələri müzakirə edilib.

Ardını oxu...

Təhsil uğurları parlaq gələcəyin təminatıdır

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2004-cü il 21 avqust tarixli Fərmanı ilə hər il sentyabrın 15-i ölkəmizdə Bilik Günü kimi qeyd olunur.

Xalqımız hər zaman elm və təhsilin inkişafına böyük önəm vermişdir. Müdriklərimiz, ziyalılarımız cəmiyyətin tərəqqisini təhsildə görmüş, insanların savadlanması, gənclərin elm, bilik öyrənməsi qayğısına qalmışlar. Azərbaycanda Bilik Gününün yüksək səviyyədə qeyd olunması, yeni dərs ilinə bayram əhval-ruhiyyəsi ilə başlanması da təhsilin cəmiyyət həyatında mühüm yer tutmasının nəticəsidir.

Bizim gördüyümüz işlər, təhsil sahəsində həyata keçirdiyimiz islahatlarAzərbaycan dövlətini daha da yüksəltməyə yönəldilibdir”, – deyən ümummilli liderimiz Heydər Əliyevin ötən əsrin 70-ci illərində müəyyənləşdirdiyi təhsilstrategiyası ölkəmizdə bu sahənin davamlı inkişafının əsasını qoymuş, müstəqillik illərində isə təhsillə bağlı daha genişislahatlar həyata keçirilmiş, Azərbaycan təhsili yeni inkişaf dövrünə qədəm qoymuşdur.

Ardını oxu...

Muxtar respublikada Bilik Günü qeyd olunub

Sentyabrın 16-da muxtar respublikada Bilik Günü Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin yeni binasının istifadəyə verilməsi ilə qeyd olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov muxtar respublikanın ali, orta ixtisas, ümumtəhsil məktəblərinin tələbə və şagirdlərini, Heydər Əliyev adına Hərbi Liseyin kursantlarını, pedaqoji kollektivləri Bilik Günü münasibətilə təbrik edərək deyib: Təhsil hər bir ölkə üçün strateji sahədir. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi: “Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir. Cəmiyyət təhsilsiz inkişaf edə bilməz!”. Elm və təhsil hər bir ölkənin inkişafının əsasını təşkil edir. Dünya dövlətlərinin inkişafla bağlı müasir çağırışları, ilk növbədə təhsillə, cəmiyyətin intellektual inkişaf səviyyəsi ilə əlaqəlidir. Təsadüfi deyil ki, Birləşmiş Millətlər Təşkilatı XXI əsri “Təhsil əsri” elan etmişdir.

Qeyd olunub ki, ölkəmizdə təhsilin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Naxçıvan Muxtar Respublikasında təhsilin inkişafı və bu sahədə həyata keçirilən islahatlar innovativ inkişafa və güclü iqtisadi potensiala əsaslanır. İqtisadiyyatın dinamik inkişaf səviyyəsi muxtar respublikada genişmiqyaslı layihələri reallaşdırmağa, o cümlədən təhsil infrastrukturunu yeniləşdirməyə tam imkan verir. Təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşmasını şərtləndirən ən mühüm amillər təhsil prosesinin inkişaf etdirilməsi, müasir standartlara cavab verən yeni məktəblərin tikilməsi, bu yolla təhsil ocaqlarında kontingent sıxlığının aradan qaldırılmasıdır. Son illərdə muxtar respublikada tikilən və yenidən qurulan 200-dən çox təhsil müəssisəsi ən müasir standartlar səviyyəsində şagirdlərin, müəllimlərin istifadəsindədir. Görülən tədbirlər təhsilin müasir inkişafına, eyni zamanda, yüksək intellektli kadr potensialının hazırlanmasına şərait yaradır. Bu səbəbdən ötən tədris ilində muxtar respublika üzrə buraxılış imtahanlarının nəticələri Azərbaycan üzrə orta statistik göstəricidən yüksək olmuşdur.

Ardını oxu...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg