Naxçıvan Texniki Kollecində dövlət müstəqilliyinin 28-ci ildönümünə həsr olunan tədbir keçirilib.
Bildirilib ki, xalqımızın ən böyük sərvəti olan dövlət müstəqilliyimizin əldə edilməsi hər bir Azərbaycan vətəndaşı üçün müstəsna əhəmiyyət daşıyır. Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra, görkəmli dövlət xadiminin həyata keçirdiyi siyasət ölkəmizdə ictimai-siyasi sabitliyi bərqərar edib, onu inkişaf yoluna çıxarıb.