9 şagirdə məktəbli forması və dərs ləvazimatları təqdim edilib

Naxçıvan Muxtar Respublikası Təhsil  Nazirliyinin təşkilatçılığı ilə 15 sentyabr Bilik günü münasibətilə Gözdən Əlil Uşaqlar Üçün Xüsusi İbtidai Məktəbdə təhsil alan şagirdlərə məktəbli forması və dərs ləvazimatları verilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Təhsil  Nazirinin müavini Heyran Əhmədova bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 11 yanvar 2016-cı il tarixli Sərəncamı ilə təsdiq olunmuş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası nəticəsində bu kateqoriyadan olan uşaqların təhsilə cəlbi sistemli xarakter alıb. Vurğulanıb ki, ötən dövr ərzində sağlamlıq imkanları məhdud uşaqlar məktəbəqədər, ümumtəhsil, məktəbdənkənar təhsil müəssisələrinə cəlb edilib.

Ardını oxu...

Gənc müəllimlərlə görüş keçirilmişdir

14 avqust-04 sentyabr 2019-cu il tarixlərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən keçirilən imtahanlarda müvafiq keçid balını toplayaraq işə qəbul edilən gənc müəllimlərlə Təhsil Nazirliyində görüş keçirilmişdir. Sentyabrın 12-də keçirilən tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov gənclərin muxtar respublikamızın həyatında mühüm rol oynadığını qeyd etmiş, gənclərə və xüsusən də müəllimlərə göstərilən yüksək dövlət qayğısından danışmışdır.  Bildirilmişdir ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 14 aprel 2018-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasında müəllimlərin dövlət ümumi təhsil və ilk peşə ixtisas təhsili müəssisələrinə işə qəbulu, bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması Qaydalar”ına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən pedaqoji profilli ixtisasları bitirmiş gənclər müsabiqə yolu  işə qəbul olunur.

Ardını oxu...

Yay tətilindən sonra şagirdlərin dərslərə adaptasiyası üçün nələrə diqqət etmək lazımdır

Yeni dərs ilinin başlaması ilə şagirdlərin yay tətilindən sonra məktəbə, tədris proqramına uyğunlaşması məsələsi aktuallaşır. Çünki yay tətilində istirahətə geniş yer vermiş şagirdlər, eləcə də birinci sinfə yenicə qədəm qoymuş uşaqlar dərs ilinin ilk günlərində məktəbə adaptasiya olmaqda çətinlik çəkirlər. Bəs bunun səbəbləri nələrdir, necə etmək lazımdır ki, onlar tezliklə məktəbə, dərs prosesinə uyğunlaşa bilsinlər? Suallarımıza cavab almaq üçün Naxçıvan şəhər Əli Sultanlı adına 10 nömrəli tam orta məktəbin psixoloqu Nabat Xəlilova ilə həmsöhbət olduq.

O bildirdi ki, uzun bir yay tətilindən sonra dərslər başlayır. Məktəblərin açılması özü ilə bəzi çətinliklər də gətirir. Hər uşaq məktəbə asanlıqla adaptasiya ola bilmir. Bunun səbəbləri çoxdur. Əsas səbəb odur ki, uzun müddət valideynləri ilə birlikdə vaxt keçirən uşaqlar yenidən məktəbin nizam-intizamına əməl etməli olurlar. Bütün yayı istirahətdə, gəzintidə, yoldaşları ilə oynamaqla keçirən şagirdlər uzun bir aradan sonra məktəb rejiminə birdən-birə öyrəşə bilmirlər. Bu zaman iş məktəb rəhbərliyinin, müəllim kollektivinin üzərinə düşsə də, valideynlərin də köməyinə xüsusi ehtiyac duyulur. Onlarla yaradılan qarşılıqlı ünsiyyət sayəsində bu çətinlikləri qısa müddətdə aradan qaldırmaq mümkündür.

Ardını oxu...

Təhsilə qayğı gələcəyə qayğıdır

Bu gün müasir Azərbaycan təhsili dahi rəhbər Heydər Əliyevin ideyalarından güc alaraq özünün zəngin mütərəqqi ənənələrinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə, beynəlxalq təcrübəyə əsaslanaraq daha da inkişaf edir. Təhsil sahəsində davamlı olaraq islahatlar həyata keçirilməkdədir. Bütün bunların nəticələri isə göz qabağındadır.

Muxtar respublikanın məktəblərini bitirən məzunların ali məktəblərə qəbulu, 500-700 intervalında bal toplayanların sayı ilbəil artır. Bütün bunlar isə bizdə gələcəyimizin əmin əllərdə olduğu hissini yaradır. Hər il olduğu kimi, bu il də qəbul imtahanlarındakı nəticələri ilə muxtar respublikamızda təhsilin yüksək səviyyədə olduğunu sübuta yetirənlər öz uğurları ilə hər birimizi qürurlandırdı. Sevindirici haldır ki, ölkə Prezidentinin 2019-cu il 9 sentyabr tarixli Sərəncamı ilə muxtar respublikanın ümumtəhsil məktəblərinin 4 məzunu Prezident təqaüdünə layiq görülüb. Onlardan biri Məleykə Cəfərli ilə həmsöhbət oluruq.

Ardını oxu...

Şagirdlər dərslik, müəllimlər isə metodik vəsaitlərlə təmin olunublar

Muxtar respublikamızın təhsil müəssisələrində 2019-2020-ci tədris ilinə hazırlıqla bağlı müxtəlif tədbirlər həyata keçirilməkdədir.

Bu tədbirlərdən biri də muxtar respublikanın ümumtəhsil məktəblərində məktəblilərin dərslik, müəllimlərin isə metodik vəsaitlərlə təmin edilməsidir. Bununla bağlı hazırlıq işləri görülüb, 2019-2020-ci tədris ili üçün dərslik və dərs vəsaitlərinə olan tələbat müəyyənləşdirilib. Avqust ayında Bakı şəhərindən 264 min 719 dərslik, 8998 metodik vəsait muxtar respublikaya gətirilib.

Ardını oxu...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg