Noyabrın 8-də Avropa İttifaqının Azərbaycan üzrə Nümayəndəliyi və Avropa Təlim Fondunun birgə təşkilatçılığı ilə “Azərbaycanda peşə təhsili və təliminin modernləşdirilməsinə Avropa İttifaqının dəstəyi: peşə təhsili müəssisələrinin inkişaf qrantları ilə bağlı təcrübələrin bölüşdürülməsi” mövzusunda seminar keçirilib. Tədbirin məqsədi Aİ-nin Azərbaycan üzrə “İllik Fəaliyyət Proqramı-2014” çərçivəsində peşə təhsili sahəsində həyata keçirilən layihələrin ilkin nəticələrinin müzakirə edilməsi, gələcək layihələrə dair tövsiyələrin hazırlanması olub.
Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, Avropa İttifaqının Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri, səfir Kestutis Jankauskas, Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin, Peşə Təhsili üzrə Dövlət Agentliyinin əməkdaşları, ölkəmizdə o cümlədən muxtar respublikada fəaliyyət göstərən peşə təhsili müəssisələrinin rəhbərləri, həyata keçirilən layihələrin nümayəndələri, eləcə də beynəlxalq ekspertlər iştirak edib.