Gənc müəllimlərlə görüş keçirilmişdir

24 avqust-12 sentyabr 2018-ci il tarixlərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən keçirilən imtahanlarda müvafiq keçid balınıtoplayaraq işə qəbul edilən gənc müəllimlərləTəhsil Nazirliyində görüş keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov gənclərin muxtar respublikamızın həyatında mühüm rol oynadığını qeyd etmiş və gənclərə göstərilən yüksək dövlət qayğısından danışmışdır.

 

 

 

 

 

 

 

 

 

 

Ardını oxu...

Qaliblərə mükafatlar təqdim olunub

15 sentyabrda Naxçıvan şəhərindəki 3 nömrəli tam orta məktəbdə rus dili və ədəbiyyatı fənni üzrə VII-VIII sinif şagirdləri arasında keçirilən ümumrespublika olimpiadasının Naxçıvan Muxtar Respublikası üzrə zona turnirinin qaliblərinə mükafatlar təqdim olunub. Bu münasibətlə təşkil olunan tədbirdə Rusiya Federasiyasının ölkəmizdəki səfirliyinin nümayəndələri və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşları iştirak ediblər.

Ardını oxu...

Ali Məclisin Sədri müəllimləri təltif etdi - SƏRƏNCAM

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sentyabrın 14-də “Əməkdar müəllim” fəxri adının verilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda deyilir:

Ardını oxu...

Sentyabın 13-də Azərbaycan Respublikası Təhsil Nazirliyində kollegiya iclası keçirilib

Tədbirdə Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, kollegiya üzvləri, nazirliyin struktur bölmə rəhbərləri və ali təhsil müəssisələrinin rektorları iştirak ediblər.

Ardını oxu...

Naxçıvanlı tələbələrə Prezident təqaüdü verildi - SƏRƏNCAM

Prezident İlham Əliyev sentyabrın 12-də 2018/2019-cu tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.

Həmin tələbələr arasında Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblilərinin məzunlarıda var.

Prezidentin sərəncamı ilə Əliyev Əbdülhüseyn Telman oğluna, Əliyeva Arzu Əhməd qızına, Hacıyev Millət Xaliq oğluna, Kəngərli Zöhrə Azər qızına, Məmmədov Elvariz Rza oğluna və Zeynalova Zübeydə Həsən qızına Prezident təqaüdü verilib.

Qeyd edək ki, həmin məzunlar 2018/2019-cu tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş tələbələrdir.

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg