Ordubad rayonunda məktəb tikintiləri davam etdirilir

Bu gün muxtar respublikada dövlətimiz tərəfindən təhsilin inkişafına hərtərəfli diqqət və qayğı göstərilir, bu sahədə ardıcıl tədbirlər həyata keçirilir, təhsil müəssisələrinin maddi tədris bazası möhkəmləndirilir, infrastrukturu yenilənir. Elə bunun nəticəsidir ki, ötən dövr ərzində muxtar respublikada 200-dən çox təhsil müəssisəsi üçün binalar tikilib və ya əsaslı şəkildə yenidən qurulub. Hazırda 17 təhsil müəssisəsində binaların tikintisi və ya yenidən qurulması davam etdirilir.
Ordubad rayonunda da təhsil müəssisələrinin infrastrukturunun, maddi tədris bazasının möhkəmləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib, ümumtəhsil məktəblərində müasir tədris şəraiti yaradılıb. Elə bunun nəticəsidir ki, müstəqillik illərində rayonda fəaliyyət göstərən 34 məktəbdən 33-ü yenidən qurularaq şagird və müəllimlərin ixtiyarına verilib.

Ardını oxu...

Naxçıvanda yüksək bal toplamış məzunlarla görüş olub

Avqustun 26-da Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərini bitirərək ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış məzunlarla görüş keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərən bütün məzunları, onların valideynlərini və təhsil ictimaiyyətini təbrik edib, gələcək təhsildə gənclərə uğurlar arzulayıb.

Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov deyib ki, 2021-2022-ci tədris ilində ümumtəhsil məktəblərini tam orta təhsil bazasından bitirən məzunlardan 19-u “Qızıl”, 22-si “Gümüş” nişana, 64-ü fərqlənmə attestatına, ümumi orta təhsil bazasından isə 55-i fərqlənmə attestatına layiq görülüb. Buraxılış və qəbul imtahanlarının nəticələrinə əsasən ali təhsil müəssisələrinə sənəd verən abituriyentlərin 1573-ü, yaxud 56 faizi 200 baldan yuxarı nəticə göstərib. Hazırda məzunların ali təhsil müəssisələrinə ixtisas seçimi aparılır. Muxtar respublika üzrə 254 məzun 500-dən yuxarı bal toplayıb. Rəhman Məmmədov muxtar respublika təhsilinin inkişafına göstərilən diqqət və qayğıya görə bütün təhsil işçiləri adından minnətdarlıq edib.

Ardını oxu...

Məktəblərin dərsliklərlə təminatı diqqətdə saxlanılır

Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddincisessiyasındaAli Məclisin Sədri tərəfindən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə digər mühüm məsələlərlə yanaşı, yeni tədris ilinə hazırlığın görülməsi ilə də bağlı tapşırıq verilib. Ötən müddətdə bu tapşırıqların icrası istiqamətində bir sıra işlər görülüb. Həyata keçirilən tədbirlərdən biri də şagirdlərin dərsliklərlə vaxtında təminatıdır. Bunun üçün nazirlik tərəfindən ümumtəhsil məktəblərindəki dərsliklərin təhlili aparılmış, yeni dərsliklərə tələbat müəyyənləşdirilmiş, cari ilin aprel ayında 243 min dərsliyin sifarişi verilmişdi. Sifariş verilən kitabların 118 mini artıq muxtar respublikaya gətirilib və növbəti günlərdə digər dərsliklərin də gətirilməsi təmin ediləcək.

Ardını oxu...

Alışar kənd tam orta məktəbində müasir tədris şəraiti yaradılır

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev deyib: “...bugünkü dünyada savad, bilik hər şeyi müəyyən edir. Əgər hər hansı bir insan öz həyatını yaxşı qurmaq istəyirsə, gələcəkdə cəmiyyətdə yaxşı yer tutmaq istəyirsə, mütləq yaxşı oxumalıdır. Yaxşı oxumaq üçün bütün şərait var”. Bu gün ulu öndərin müəllifi olduğu təhsil strategiyası ölkə Prezidenti tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsidir ki, Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında bu sahənin hərtərəfli yüksəlişi, tərəqqisi, maddi-texniki cəhətdən möhkəmlənməsi, dünya standartlarına uyğun təhsil ocaqlarının qurulması təmin edilir.

Ardını oxu...

Naxçıvan Dövlət Texniki Kollecində yeni ixtisaslar açılıb

2016-cı ildə əsaslı yenidənqurmadan sonra istifadəyə verilən Naxçıvan Dövlət Texniki Kollecində muxtar respublika iqtisadiyyatının müxtəlif sahələri üçün orta ixtisaslı, subbakalavr dərəcəli kadrlar hazırlanır. Əmək bazarının tələbatına uyğun olaraq 2021-2022-ci ilin qəbul planında dəyişiklik edilib və daha 3 yeni ixtisas plana daxil edilib. 2022-2023-cü tədris ilində kollecə qəbul üçün ixtisasların sayı artaraq 14-ə yüksəlib.
Hazırda kollecə tələbələrin qeydiyyat prosesi davam edir. Muxtar respublikada turizmin inkişafı nəticəsində yaranan kadr ehtiyacı səbəbilə qarşıdakı tədris ilindən “Turizm işinin təşkili” ixtisası üzrə də mütəxəssis hazırlığı aparılacaqdır. Buna uyğun olaraq kollecə tələbə qəbul üçün plan yeri  183-dən 200-ə yüksəldilib.

Ardını oxu...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg