Uşaq və yeniyetmələrin hərtərəfli inkişafı daim diqqət mərkəzində saxlanılan məsələlərdəndir. Təbii ki, bu inkişafda insanın fiziki sağlamlığı da mühüm rol oynayır. Sağlamlığın qorunması üçünsə uşaqları mütləq idmana cəlb etmək lazımdır. Ona görə də ölkəmizdə və muxtar respublikamızda bu sahəyə xüsusi qayğı göstərilir. Çünki fiziki sağlamlıq vətənpərvərlik tərbiyəsinə də müsbət təsir edir. İdman isə fiziki sağlamlığın əsas amillərindən biridir. Bu sahə ilə məşğul olan uşaqlar dözümlü, iradəli olur, Vətənin müdafiəsində cəsarətlə iştirak edirlər. Bu mənada, Naxçıvan Muxtar Respublikasında yeniyetmə və gənclərimizin idmanla məşğul olması üçün yaradılan şərait onların gələcəyi üçün təminatdır. Ümumiyyətlə, gənclər adət-ənənələrimizin daşıyıcısı, milli-mənəvi dəyərlərimizin qoruyucusu, cəmiyyətin aparıcı qüvvəsidir. Ona görə də muxtarrespublikamızda bu qüvvənin fiziki və mənəvi sağlamlığı daim diqqətdə saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 14 fevral 2020-ci il tarixli “2020- 2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncamının icrası istiqamətində görülən işlər də, bu mənada, muxtar respublikamızda idmanın inkişafına böyük təkan vermişdir.
Ardını oxu...
|
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi iləAtletika Federasiyasının birgə təşkil etdiyi yeniyetmələr arasında atletika üzrə muxtar respublika birinciliyinə yekun vurulub. Şərur Olimpiya İdman Kompleksində təşkil edilən birincilikdə 40-a yaxın ağır atlet 10 çəki dərəcəsində mübarizə aparıb. Birinciliyin yekun nəticəsinə əsasən qızlar arasında Gülcahan Əliyeva (50 kiloqram) qalib adını qazanıb. Oğlanların mübarizəsində isə Ümid Babayev, Əli Qasımov (hər ikisi 30 kiloqram), Mikayıl Novruzov (34 kiloqram), Əlirza Hüseynov (38 kiloqram), Ehtiram Əhmədov (40 kiloqram), Elton Rəhimov (53 kiloqram), Məhərrəm Qurbanlı (54 kiloqram), İlkin Kərimov (62 kiloqram) və Həsən Babayev (86 kiloqram) öz çəki dərəcələrində hamıdan güclü olublar. Komanda hesabında “Şərur” baş mükafatı qazanıb, idmançılar təşkilatçılar tərəfindən mükafatlandırılıblar. İyulun 18-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə muxtar respublikanın ümumtəhsil məktəblərinin gənc müəllimləri arasında muxtar respublika birinciliyi keçirilib. Birinciliyin açılış tədbirində Naxçıvan Muxtar Respublikası Şahmat Mərkəzinin direktoru Emin Hacıyev bildirib ki, 1924-cu ilin iyulun 20-də Fransanın paytaxtı Parisdə FİDE təsis edilmişdir. 20 iyul- 1966-ci ildən Beynəlxalq Şahmat Günü kimi qeyd edilir.
Ardını oxu... Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iyulun 18-də "Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında" Sərəncam imzalayıb. Sərəncamda deyilir: “Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram: Xüsusi istedadı olan aşağıdakı gənclərin adları Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na yazılsın və onlar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülsünlər: Abdullayeva Röya Xəyal qızı - Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin şagirdi, kikboksinq idmanı üzrə Qafarov Kamal Əli oğlu - Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin şagirdi, STEAM təhsili üzrə”.İyulun 16-da altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyası keçirilib. Sessiyada Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 2022-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları barədə məruzə edib. Hörmətli deputatlar və sessiya iştirakçıları! Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu sosial-iqtisadi inkişaf strategiyasının ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, 2022-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasında əsas inkişaf göstəriciləri üzrə müsbət dinamika qorunub saxlanılmış, sosial-iqtisadi islahatlar və tikinti-quraşdırma işləri davam etdirilmişdir. Hesabat dövründə muxtar respublikada ərzaq, enerji və müdafiə təhlükəsizliyi daha da möhkəmləndirilmiş, inkişafın əsas göstəricisi hesab olunan əhali rifahı yüksəldilmiş, yeni iş yerləri açılmış, özünüməşğulluq proqramlarının əhatə dairəsi genişləndirilmişdir.
Ardını oxu... |
|