Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyası keçirilib

İyulun 16-da altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyası keçirilib.
Sessiyanın gündəliyinə aşağıdakı məsələlər verilib.
1. 2022-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları
2. Naxçıvan Muxtar Respublikasının 2021-ci il dövlət büdcəsinin  icrasının təsdiq edilməsi
3. “Naxçıvan Muxtar Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi
4. “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi
5. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) seçilməsi

Ardını oxu...

1969-cu il 14 iyul: Azərbaycanın sosial-iqtisadi, elmi-texniki və mədəni inkişafının başlanğıc tarixi

Azərbaycanın XX əsrdəki inkişafının əsası 1969-cu ilin 14 iyulunda qoyulmuşdur. Həmin tarixdə siyasi hakimiyyətə gələn dahi şəxsiyyət Heydər Əliyev, sözün həqiqi mənasında, böyük bir xalqın həyatında möhtəşəm dəyişikliyə nail olmuş, milli, müstəqil dövlətin qurulması üçün zəruri olan bütün işləri görmüşdür. 1969-cu ilə qədər SSRİ-nin aqrar respublikası kimi tanınan Azərbaycan həmin tarixdən sonra inkişaf etmiş sənaye ölkəsinə, elmi-texniki tərəqqinin geniş şəkildə tətbiq olunduğu, yüksək mədəniyyəti ilə bütün dünyada tanınan bir diyara çevrilmişdi. Ona görə də 1969-cu ilin 14 iyulunda ulu öndərimiz Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi ölkəmizin müstəqillik tarixinin, parlaq və işıqlı yolunun başlanğıcı kimi qiymətləndirilir.
1969-cu ildə ulu öndər Heydər Əliyev ölkəmizə rəhbər seçiləndə Azərbaycan ozamankı SSRİ-nin ən geridə qalmış respublikası idi. İqtisadi potensialına baxmayaraq, mütərəqqi yanaşmalar olmadığından heç bir irəliləyişə nail olmaq mümkün deyildi. Ümummilli lider Heydər Əliyev həmin dövrü belə xarakterizə edirdi: “Qətiyyətlə bildirmək olar ki, 60-cı illərdə respublika iqtisadiyyatı bütövlükdə dərin və uzunmüddətli böhran mərhələsinə qədəm qoymuşdu. Yaranmış ağır vəziyyətdən çıxış yolu tapılmalı, iqtisadiyyatın inkişafı üçün prinsipial cəhətdən yeni konseptual yanaşma yolları işlənib hazırlanmalı, xalq təsərrüfatında köklü struktur dəyişiklikləri aparılmalı, təsərrüfatçılıq və iqtisadi həvəsləndirmə işində təzə metodlar tətbiq edilməli idi”.
Görkəmli dövlət xadiminin uzaqgörən siyasəti və yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan bir neçə il sonra SSRİ-də ən qabaqcıl respublikaya çevrildi.

Ardını oxu...

Ölkənin ilk təhsil televiziyası yeni inkişaf mərhələsində...


Bu inkişafın təməlində ümummilli liderin əbədiyaşarlığı və müdrik siyasəti dayanır.
Hər bir xalqın tarixində elə günlər var ki, mahiyyət və dəyərinə görə xüsusi önəm daşıyır, özünün müstəsna dərəcədə böyük əhəmiyyətini zaman-zaman hifz edir. Azərbaycan tarixinin səhifələri də belə şərəfli və müqəddəs günlərlə zəngindir. Lakin elə günlər var ki, məna və mündəricə baxımından hüdudsuz möhtəşəmliyə malikdir. 14 iyul 1969-cu il kimi... Bu tarixi böyük dövlət xadimi, ümummilli liderimiz Heydər Əliyev Azərbaycançılığın, milli dövlətçiliyin mövcudiyyət günü kimi yaddaşlarda əbədiləşdirdi.
1969-cu ildən başlanan quruculuq və inkişaf xətti Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanda da fəal, yaradıcı surətdə davam etdirildi. Bu quruculuq və inkişaf konsepsiyası ümummilli liderin Azərbaycana rəhbərliyinin, xüsusilə ikinci dövründə özünü tam doğruldaraq bir idarəetmə modeli kimi tarixə düşdü. Dahi öndər Naxçıvanı düçar olduğu bir çox bəladan, xüsusilə də informasiya və telekommunikasiya blokadasından xilas etdi. Görülən məqsədyönlü tədbirlər nəticəsində muxtar respublika əhalisiAzərbaycan televiziyasının proqramlarını izləmək imkanı əldə etdi, Naxçıvanda fəaliyyət göstərən televiziya və radionun yayım imkanları genişləndirildi.

Ardını oxu...

Naxçıvanda Ali Məclisin sessiyası çağırılıb

Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasının çağırılması haqqında Qərarı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iyulun 13-də imzalayıb.

Qərarda deyilir:

“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 18-ci maddəsinin I hissəsini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərara alır:

I. Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyası 2022-ci il iyul ayının 16-da saat 11:00-da Naxçıvan şəhərində çağırılsın.

II. Sessiyanın müzakirəsinə aşağıdakı məsələlər verilsin:

1. 2022-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları

2. Naxçıvan Muxtar Respublikasının 2021-ci il dövlət büdcəsinin  icrasının təsdiq edilməsi

3. “Naxçıvan Muxtar Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi

4. “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi

5. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) seçilməsi

III. Sessiyanın iclasına aidiyyəti təşkilatların rəhbərləri və dövlət mətbuat orqanlarının nümayəndələri dəvət olunurlar”.

Şahmata həsr olunmuş yeni kitabların təqdimatı keçirilib

Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə beynəlxalq usta Talıb Babayevin  “Naxçıvan Premium Turniri”, “Debüt tələləri 333” və “Həvəskardan ustaya qədər” II cild kitablarının   təqdimatı keçirilib.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədr müavini Emin Hacıyev bildirib ki, muxtar respublikamızda şahmatın inkişafı daim diqqət mərkəzindədir, bu idman növünün kütləvi hal alması üçün aparılan siyasət uğurla davam etdirilir. Muxtar respublikamızın şəhər və rayonlarında şahmat məktəbləri müasir tələblərə cavab verəcək səviyyədə tikilərək isitifadəyə verilib. Bu tədbirlərin davamı olaraq şahmatı tədris edən müəllimlərin və şahmatsevərlərin dərs vəsaitləri ilə təmin edilməsi də daim diqqət mərkəzində saxlanılır. Hər il federasiyanın dəstəyi ilə müxtəlif adlı dərsliklər çap edilərək şahmatçıların istifadəsinə verilir. Bu gün təqdim edilən hər üç kitab beynəlxalq usta Talıb Babayevin müəllifliyi və tərcüməsi sayəsində ərsəyə gəlib. Federasiyanın dəstəyi ilə çap edilib.

Ardını oxu...

Başqa məqalələr...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg