Naxçıvanda Ali Məclisin sessiyası çağırılıb

Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasının çağırılması haqqında Qərarı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iyulun 13-də imzalayıb.

Qərarda deyilir:

“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 18-ci maddəsinin I hissəsini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərara alır:

I. Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyası 2022-ci il iyul ayının 16-da saat 11:00-da Naxçıvan şəhərində çağırılsın.

II. Sessiyanın müzakirəsinə aşağıdakı məsələlər verilsin:

1. 2022-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları

2. Naxçıvan Muxtar Respublikasının 2021-ci il dövlət büdcəsinin  icrasının təsdiq edilməsi

3. “Naxçıvan Muxtar Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi

4. “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi

5. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) seçilməsi

III. Sessiyanın iclasına aidiyyəti təşkilatların rəhbərləri və dövlət mətbuat orqanlarının nümayəndələri dəvət olunurlar”.

Şahmata həsr olunmuş yeni kitabların təqdimatı keçirilib

Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə beynəlxalq usta Talıb Babayevin  “Naxçıvan Premium Turniri”, “Debüt tələləri 333” və “Həvəskardan ustaya qədər” II cild kitablarının   təqdimatı keçirilib.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədr müavini Emin Hacıyev bildirib ki, muxtar respublikamızda şahmatın inkişafı daim diqqət mərkəzindədir, bu idman növünün kütləvi hal alması üçün aparılan siyasət uğurla davam etdirilir. Muxtar respublikamızın şəhər və rayonlarında şahmat məktəbləri müasir tələblərə cavab verəcək səviyyədə tikilərək isitifadəyə verilib. Bu tədbirlərin davamı olaraq şahmatı tədris edən müəllimlərin və şahmatsevərlərin dərs vəsaitləri ilə təmin edilməsi də daim diqqət mərkəzində saxlanılır. Hər il federasiyanın dəstəyi ilə müxtəlif adlı dərsliklər çap edilərək şahmatçıların istifadəsinə verilir. Bu gün təqdim edilən hər üç kitab beynəlxalq usta Talıb Babayevin müəllifliyi və tərcüməsi sayəsində ərsəyə gəlib. Federasiyanın dəstəyi ilə çap edilib.

Ardını oxu...

Ümumtəhsil məktəblərinin müəllimləri üçün ixtisasartırma kursları təşkil edilib

Müasir dövrdə informasiya və kommunikasiya texnologiyalarının ən böyük töhfə verdiyi sahələrdən biri də təhsildir. Təhsildə yeni texnologiyaların tətbiqi həm tədris prosesinin keyfiyyətini yüksəldir, həm də şagirdlərə informasiya kommunikasiya texnologiyalarının mənimsədilməsi üçün şərait yaradır.

Bu gün muxtar respublikanın ümumtəhsil məktəblərində  də informasiya kommunikasiya texnologiyalarından  istifadəyə geniş yer verilir. Hazırda ümumtəhsil müəssisələrində 5700-dən çox komputer, 700-dən çox elektron lövhə quraşdırılmış, fənn kabinələri müasir avadanlıqlarla təchiz edilmişdir.
Məktəblərdə müasir tədris vasitələrindən istifadə müəllimlərin daim bu sahədə bilik və bacarıqlarının yüksəldilməsini tələb edir. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən təhsilverənlərin informasiya kommunikasiya texnologiyaları üzrə bacarıqlarının yüksəldilməsi üçün tədbirlər görülür, onlar üçün ixtisasartırma  kurslar təşkil olunur.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında taxılçılığın inkişafı və qarşıda duran vəzifələrlə bağlı müşavirə keçirilib

İyulun 7-də “Araz” Elm-İstehsalat Birliyinin təcrübə təsərrüfatında Naxçıvan Muxtar Respublikasında taxılçılığın inkişafı və qarşıda duran vəzifələrlə bağlı müşavirə keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirəni açaraq deyib: Muxtar respublikada ərzaq təhlükəsizliyi sahəsində həyata keçirilən tədbirlər öz bəhrəsini verib. Muxtar respublikada əsas kənd təsərrüfatı məhsullarına olan tələbat tamamilə, taxıla olan tələbat isə əsasən yerli istehsal hesabına ödənilir. Bu gün taxıla olan tələbatın tam şəkildə yerli istehsal hesabına ödənilməsi qarşıda duran əsas vəzifələrdəndir. Bu il buğdanın kiloqramı 60, arpanın kiloqramı isə 48 qəpikdən qəbul olunur.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi 2022-2023-cü tədris ili üçün Heydər Əliyev adına tam orta məktəbin I sinfinə şagird qəbulu elan edir

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən Heydər Əliyev adına tam orta məktəbdə tədrisin səviyyəsini daha da yüksəltmək məqsədi ilə məktəbin yeni nizamnaməsi təsdiq edilib. Nizamnaməyə əsasən yeni tədris ilindən məktəbin birinci sinfinə Naxçıvan şəhərində yaşayan, qəbul komissiyasının müsabiqə yolu ilə seçdiyi xüsusi istedadı ilə fərqlənən uşaqlar qəbul olunacaq. Müsabiqədə məktəbəhazırlıq qrupunu bitirən uşaqlara üstünlük veriləcək.
Məktəbə şagird qəbulu üçün aşağıdakı sənədlər tələb olunur:
-Şəxsiyyət vəsiqəsinin surəti;
- Məktəbəhazırlıq qrupunu bitirməsi haqqında arayış;
-Yaşayış yerindən arayış.

Sənədlər 15 iyul  2022-ci il tarixdən 15 avqust  2022-ci il tarixədək saat 10:00-dan 13:00-dək Heydər Əliyev adına tam orta məktəbdə qəbul ediləcəkdir.
Müsabiqə 15-20 avqust 2022-ci il tarixlərində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin İmtahan Mərkəzində keçiriləcəkdir. Müsabiqə zamanı uşaqlara  məktəbəhazırlıq proqramı üzrə ətraf aləmlə tanışlıq, savad təliminə hazırlıq və nitqin inkişafı, bədii, məntiqi və riyazi təfəkkürün inkişafı, təsviri fəaliyyət fənləri üzrə  suallar veriləcək. Məktəbin I sinfinə 120 şagird qəbul olunacaq.
Şagirdlərin qəbulunda şəffaflığı təmin etmək üçün  müşahidə kameraları vasitəsilə çəkiliş də aparılacaq.
Ünvan: Naxçıvan şəhər Heydər Əliyev adına tam orta məktəb. Naxçıvan şəhəri, Babək nəhəlləsi  8a.
Əlaqə nömrəsi: (036) 545-55-77

 

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg