
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondu və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə “STEAM təhsili: reallıqlar və perspektivlər” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib. “Naxçıvan” Universitetində keçirilən konfransda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri, Elmin İnkişaf Fondunun Himayədarlar Şurasının üzvü Emin Məmmədov çıxış edib.Bildirilib ki, muxtar respublikada ulu öndər Heydər Əliyevin müəllifi olduğu təhsil strategiyası uğurla həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində burada müasir elm infrastrukturu yaradılır, elmi kadrların hazırlanması məsələsi diqqətdə saxlanılır.
Ardını oxu...
|

İyunun 10-da İstanbul Aydın Universiteti, STEAM Təhsili Tətbiq və Araşdırma Mərkəzinin direktoru Devrim Akgündüz, univeristetin Astronomiya Tətbiqi Araşdırma Mərkəzinin direktoru Orhan Gölbaşı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən “STEAM təhsili: reallıqlar və perspektivlər” mövzusundakı beynəlxalq elmi-praktik konfransında iştirak etmək üçün muxtar respublikaya səfər ediblər. Səfər çərçivəsində Devrim Akgündüz və Orhan Gölbaşı Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədovla görüşüb. Görüşdə təhsil naziri Rəhman Məmmədov qonaqları salamlayıb, onları konfransda iştirakları üçün təşəkkürünü bildirib.
Ardını oxu... 
Yeni tələbləri, çağırışları ilə seçilən müasir dövrdə tərəqqinin hərəkətverici qüvvəsi ölkələrin təbii sərvətlərindən daha çox həmin ölkələrə rəhbərlik edən liderlərin işıqlı ideyaları və mövcud insan kapitalıdır. Bu baxımdan hüquqi cəmiyyətin qurulmasında əvəzsiz rol oynayan, vətəndaşı cəmiyyətdə ən məhsuldar təfəkkürlü qüvvəyə çevirən, milli və mənəvi dəyərləri qoruyan və tənzimləyən, intellektual potensialı formalaşdıran təhsil sisteminin yeni, daha yüksək səviyyəyə qaldırılması çox böyük strateji məqsədlərə xidmət edir. Qürurla deyə bilərik ki, bu gün ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında təhsilin müasir dövrün tələbləri çərçivəsində inkişafına xüsusi diqqət yetirilir, bu istiqamətdə elmi əsaslara söykənən, gələcəyə hesablanmış kompleks addımlar atılır.
Ardını oxu...
Dərs ümumtəhsil məktəblərinin şagirdləri üçün saat 11:00-da, şahmat fənnini tədris edən müəllimlər üçün saat 12:00-da, Şahmat məktəbləri üçün isə saat 15:00-da baş tutub.
Ümumtəhsil məktəblərinin şagirdləri üçün “Açıq debütlərə aid oyunların təhlili” mövzusundkı interaktiv dərs beynəlxalq dərəcəli hakim Emin Hacıyev tərəfindən keçirilib. İnteraktiv dərsdə şahmata yeni başlayanlar üçün açıq debütlərdən istifadə etmək daha yaxşı olduğu izah olunub. Bu debütə aid oyunlardakı səhvlər bildirilib və birlikdə təhlil olunaraq düzgün oynamaq qaydaları göstərilib.
Ümumtəhsil məktəblərində şahmat fənnini tədris edən müəllimlər üçün keçirilən dərsdə beynəlxalq dərəcəli hakim Emin Hacıyev yay dövründə keçiriləcək yarışlar haqında məlumat verib, müəllimləri maraqlandıran suallar ətraflı cavablandırılıb.
Ardını oxu... İyunun 9-da – Milli Qurtuluş Günü ərəfəsində Naxçıvanda 5 şəhid ailəsinə və qaziyə mənzillər, 6 qaziyə isə avtomobillər təqdim olunub. Heydər Əliyev Muzeyində bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək deyib: Azərbaycan xalqının tarixində mühüm əhəmiyyətə malik olan əlamətdar gün - Milli Qurtuluş Günü ərəfəsində şəhid ailələrinə və müharibə iştirakçılarına mənzillər və avtomobillər təqdim olunur. Milli Qurtuluş Günü müstəqil dövlətçiliyimizin və ərazi bütövlüyümüzün təminatıdır. 1993-cü il iyunun 15-də ümummilli liderimiz Heydər Əliyevin xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdışı Azərbaycanı parçalanmaq və işğal təhlükəsindən xilas edərək sabitlik və inkişafa qovuşdurub. Milli Qurtuluşun bəhrəsi olaraq güclü Azərbaycan dövləti və onun qüdrətli ordusu yaradılıb, torpaqlarımız işğaldan azad olunub, tarixi Zəfər qazanılıb. Ölkə Prezidenti cənab İlham Əliyevin də dediyi kimi, “1993-cü ildə ölkəmiz demək olar ki, parçalanırdı, vətəndaş müharibəsi gedirdi və məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində biz bu ağır sınaqdan üzüağ çıxa bildik. Məhz bugünkü Zəfərin təməli, bax o vaxt qoyulmuşdur”.
Ardını oxu... |
|