 Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iyulun 18-də "Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında" Sərəncam imzalayıb. Sərəncamda deyilir: “Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram: Xüsusi istedadı olan aşağıdakı gənclərin adları Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na yazılsın və onlar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülsünlər: Abdullayeva Röya Xəyal qızı - Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin şagirdi, kikboksinq idmanı üzrə Qafarov Kamal Əli oğlu - Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin şagirdi, STEAM təhsili üzrə”.
|
İyulun 16-da altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyası keçirilib. Sessiyada Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 2022-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları barədə məruzə edib. Hörmətli deputatlar və sessiya iştirakçıları! Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu sosial-iqtisadi inkişaf strategiyasının ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, 2022-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasında əsas inkişaf göstəriciləri üzrə müsbət dinamika qorunub saxlanılmış, sosial-iqtisadi islahatlar və tikinti-quraşdırma işləri davam etdirilmişdir. Hesabat dövründə muxtar respublikada ərzaq, enerji və müdafiə təhlükəsizliyi daha da möhkəmləndirilmiş, inkişafın əsas göstəricisi hesab olunan əhali rifahı yüksəldilmiş, yeni iş yerləri açılmış, özünüməşğulluq proqramlarının əhatə dairəsi genişləndirilmişdir.
Ardını oxu... İyulun 16-da altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyası keçirilib. Sessiyanın gündəliyinə aşağıdakı məsələlər verilib. 1. 2022-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları 2. Naxçıvan Muxtar Respublikasının 2021-ci il dövlət büdcəsinin icrasının təsdiq edilməsi 3. “Naxçıvan Muxtar Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi 4. “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi 5. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) seçilməsi
Ardını oxu... 
Azərbaycanın XX əsrdəki inkişafının əsası 1969-cu ilin 14 iyulunda qoyulmuşdur. Həmin tarixdə siyasi hakimiyyətə gələn dahi şəxsiyyət Heydər Əliyev, sözün həqiqi mənasında, böyük bir xalqın həyatında möhtəşəm dəyişikliyə nail olmuş, milli, müstəqil dövlətin qurulması üçün zəruri olan bütün işləri görmüşdür. 1969-cu ilə qədər SSRİ-nin aqrar respublikası kimi tanınan Azərbaycan həmin tarixdən sonra inkişaf etmiş sənaye ölkəsinə, elmi-texniki tərəqqinin geniş şəkildə tətbiq olunduğu, yüksək mədəniyyəti ilə bütün dünyada tanınan bir diyara çevrilmişdi. Ona görə də 1969-cu ilin 14 iyulunda ulu öndərimiz Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi ölkəmizin müstəqillik tarixinin, parlaq və işıqlı yolunun başlanğıcı kimi qiymətləndirilir. 1969-cu ildə ulu öndər Heydər Əliyev ölkəmizə rəhbər seçiləndə Azərbaycan ozamankı SSRİ-nin ən geridə qalmış respublikası idi. İqtisadi potensialına baxmayaraq, mütərəqqi yanaşmalar olmadığından heç bir irəliləyişə nail olmaq mümkün deyildi. Ümummilli lider Heydər Əliyev həmin dövrü belə xarakterizə edirdi: “Qətiyyətlə bildirmək olar ki, 60-cı illərdə respublika iqtisadiyyatı bütövlükdə dərin və uzunmüddətli böhran mərhələsinə qədəm qoymuşdu. Yaranmış ağır vəziyyətdən çıxış yolu tapılmalı, iqtisadiyyatın inkişafı üçün prinsipial cəhətdən yeni konseptual yanaşma yolları işlənib hazırlanmalı, xalq təsərrüfatında köklü struktur dəyişiklikləri aparılmalı, təsərrüfatçılıq və iqtisadi həvəsləndirmə işində təzə metodlar tətbiq edilməli idi”. Görkəmli dövlət xadiminin uzaqgörən siyasəti və yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan bir neçə il sonra SSRİ-də ən qabaqcıl respublikaya çevrildi.
Ardını oxu...
Bu inkişafın təməlində ümummilli liderin əbədiyaşarlığı və müdrik siyasəti dayanır.Hər bir xalqın tarixində elə günlər var ki, mahiyyət və dəyərinə görə xüsusi önəm daşıyır, özünün müstəsna dərəcədə böyük əhəmiyyətini zaman-zaman hifz edir. Azərbaycan tarixinin səhifələri də belə şərəfli və müqəddəs günlərlə zəngindir. Lakin elə günlər var ki, məna və mündəricə baxımından hüdudsuz möhtəşəmliyə malikdir. 14 iyul 1969-cu il kimi... Bu tarixi böyük dövlət xadimi, ümummilli liderimiz Heydər Əliyev Azərbaycançılığın, milli dövlətçiliyin mövcudiyyət günü kimi yaddaşlarda əbədiləşdirdi. 1969-cu ildən başlanan quruculuq və inkişaf xətti Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanda da fəal, yaradıcı surətdə davam etdirildi. Bu quruculuq və inkişaf konsepsiyası ümummilli liderin Azərbaycana rəhbərliyinin, xüsusilə ikinci dövründə özünü tam doğruldaraq bir idarəetmə modeli kimi tarixə düşdü. Dahi öndər Naxçıvanı düçar olduğu bir çox bəladan, xüsusilə də informasiya və telekommunikasiya blokadasından xilas etdi. Görülən məqsədyönlü tədbirlər nəticəsində muxtar respublika əhalisiAzərbaycan televiziyasının proqramlarını izləmək imkanı əldə etdi, Naxçıvanda fəaliyyət göstərən televiziya və radionun yayım imkanları genişləndirildi.
Ardını oxu... |
|