
Son illərdə dünya təhsil sistemində ən mühüm təhsil metodu kimi aktuallıq qazanan STEAM təlim metodu bu gün muxtar respublikanın təhsil müəssisələrində uğurla tətbiq edilir. STEAM tədris edən müəllimlərin XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə innovativ texnologiyalardan istifadə qabiliyyətinin yüksəldilməsi üçün Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən təlimlər təşkil olunur. Heydər Əliyev adına tam orta məktəbdə yaradılan STEAM Tədris Mərkəzinin imkanlarından yararlanaraq bu günədək 400-ə yaxın müəllim bu sahə üzrə təlimlərə cəlb olunub. Təlimlər çərçivəsində müəllimlərə layihə əsaslı öyrənmə, innovativ təlim metodikaları və digər bu kimi istiqamətlərdə praktik biliklər verilir.
Ardını oxu...
|

Muxtar respublikada həyata keçirilən kompleks quruculuq işlərinin nəticəsidir ki, bütün yaşayış məntəqələri həm müasir görkəm alır, həm də təmizliyi və abadlığı ilə diqqəti cəlb edir. Eyni zamanda yaşayış məntəqələrində kommunal xidmətlərin yaxşılaşdırılması, məişət tullantılarının yığılması və daşınması istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir. Görülən bu işlər bələdiyyələrin fəaliyyətinin gücləndirilməsinə də töhfə verir İyunun 8-də muxtar respublika bələdiyyələrinə kommunal təyinatlı 13 traktor və qoşqusu təqdim olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.
Ardını oxu... Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən şagirdlərin istedadlarının aşkar edilməsi istiqamətində bir sıra müsabiqələrin, bilik yarışlarının, fənn olimpiadalarının keçirilməsi, eləcə də innovativ layihələrin tətbiqi diqqətdə saxlanılır. Bu tədbirlərin davamı olaraq iyunun 7-i Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin və Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində “Sabahın tədqiqatçıları-2022” layihəsinin yekunu ilə bağlı tədbir keçirilib.
Ardını oxu... 
İyunun 7-də Çin Xalq Respublikasından muxtar respublikaya gələn mütəxəssislər Naxçıvan Texniki Peşə və Sürücülük Məktəbində təlim keçiblər. Ekoloqların verdiyi rəyə görə dünya ekosistemində karbon qazı özünün son həddinə yaxınlaşıb. Bunun qarşısının alnması üçün müxtəlif tədbirlər həyata keçirilir, dünyada ekoloji problemlərə diqqət artırılır. Bunlardan biri də elektriklə işləyən nəqliyyat vasitələrinə üstünlük verilməsidir. Muxtar respublikada da bu sahədə müxtəlif tədbirlər həyata keçirilir. Sərnişindaşımada elektriklə işləyən elektrobuslardan istifadə olunur.
Ardını oxu... 
Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən məktəbəqədər təhsil müəssisələrinə işə qəbul üçün elan edilmiş müsabiqənin test imtahanlarına start verilib. “Naxçıvan Muxtar Respublikasında pedaqoji heyətin dövlət ümumi təhsil, məktəbəqədər təhsil və peşə təhsili müəssisələrinə işə qəbulu, bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2018-ci il 14 aprel tarixli qərarına uyğun olaraq ilk dəfə keçirilən müsabiqəyə 33 tərbiyəçi-müəllim, 9 musiqi rəhbəri və 1 tibb bacısı olmaqla ümumilikdə 43 vakant vəzifə çıxarılıb.
Ardını oxu... |
|