Artıq neçə müddətdir ki, muxtar diyarımızın bir çox xəbər saytlarında, videobloqerlərin şəxsi sosial şəbəkələrində yayımlanan “Bir gəncin uğur yolu”, “Naxçıvanlı tələbə Amerikanın ən nüfuzlu ali təhsil ocağında oxumaq hüququ qazanıb”, “O, yurdumuzun qürur mənbəyidir” başlıqlı sərlövhələr bir çoxları kimi, mənim də diqqətimi çəkirdi. Həmin yazılardan öyrəndim ki, mövzuların əsas qəhrəmanı 14 nömrəli tam orta məktəbin məzunu Vəli Mustafasoydur. Qəlbində böyük Vətən eşqini, elm-irfan həvəsini, öyrənmək, öyrətmək amalını yaşadan, “mənsub olduğun xalqın ədəbiyyatını, incəsənətini, tarixini, milli-mənəvi dəyərlərini öyrənmək Vətənə xidmətin bir digər adıdır”, – deyən bu gəncimiz yüksək təqaüdlə Amerika Birləşmiş Ştatlarının Miçiqan Universitetində təhsil almaq hüququnu qazanıb. Elm yolundakı kövrək addımlarını qətiyyətlə atan gənc qəhrəmanımız Vəli Mustafasoyla biz də yaxından tanış olduq, onun dünyanın ən qabaqcıl ali təhsil ocağında oxumaq hüququnu əldə etməsi üçün keçdiyi zəhmət yolunun, necə deyərlər, kiçik tarixçəsini dinlədik.
Ardını oxu...
|

Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasının məşqçi və idmançıları ölkə və beynəlxalq turnirlərdə qazandıqları uğura görə mükafatlandırılıblar. Keçirilən tədbirdə məşqçi və idmançıları təbrik edən Atletika Federasiyasının sədri Rəhman Məmmədov bildirib ki, 6 ay ərzində idmançılarımız iştirak etdikləri ölkədaxili və beynəlxalq turnirlərdən 16 medal qazanıblar. Qazanılan uğurlu nəticələr muxtar respublikamızda yaradılan müasir idman şəraitinin bəhrəsidir. Bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin idmana göstərdiyi diqqət və qayğı nəticəsində idmançılarımız daim uğurlu nəticələr əldə edir, Naxçıvan idmanını layiqincə təmsil edirlər. Hazırda idmanın inkişafı üçün muxtar respublikanın şəhər və rayonlarında müasir idman infrastrukturu yaradılıb, zallar, idman obyektləri, şahmat məktəbləri tikilərək gənclərin ixtiyarına verilib.
Ardını oxu... 
28-30 iyun 2022-ci il tarixlərdə Ağbulaq İstirahət Mərkəzində “STEAM Yay məktəbi” təşkil edilib. “Yay məktəbi”ndə ümumtəhsil məktəblərindən, ümumilikdə, 50-yə yaxın məktəblinin iştirakı təmin olunub ki, bu da həmin şagirdlərdə STEAM düşüncəsi və metodikası, XXI əsr bacarıqları, fənlərarası əlaqə, layihə əsaslı öyrənmə, innovativ təlim metodları kimi istiqamətlərdə biliklərin daha da genişləndirilməsinə şərait yaradıb. 3 gün davam edən “STEAM Yay məktəbi” zamanı STEAM təhsil metodu praktik məşğələlər vasitəsilə aşılanıb. Yekun tədbirdə təlimi uğurla başa vuran şagirdlərə “STEAM Yay məktəbi”ndə iştirak etdiklərinə görə sertifikatlar verilib. Sonra onların hazırladıqları layihələrin təqdimatı keçirilib. Məktəblilər qrup şəklində hazırladıqları layihələr haqqında məlumat veriblər.
Ardını oxu... 28-30 iyul 2022-ci il tarixlərində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Həmkarlar İttifaqları Şurasının birgə təşkilatçılığı ilə Ağbulaq İstirahət Mərkəzində keçirilən “STEAM Yay Məktəbi”nə yekun vurulub. “STEAM Yay Məktəbi”nin yekun tədbirində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Aparatının sektor müdiri Murad Babayev bildirib ki, artıq muxtar respublika məktəbliləri ənənəvi yanaşmadan fərqli olaraq, STEAM təhsili ilə praktik məşğələlər vasitəsilə robototexnika, 3D modelləşdirmə və çap, proqramlaşdırma, nano və neyro texnologiyalar, mühəndislik və dizaynerlik üzrə bilik və bacarıqlar qazanır, mühəndislik səriştələri əldə edirlər.
Ardını oxu... Naxçıvan Beynəlxalq Hava Limanının maddi-texniki bazası gücləndirilib, yerli və beynəlxalq uçuşların təhlükəsiz təşkili təmin olunub. Xüsusilə aparılan quruculuq işləri, müasir infrastrukturun yaradılması hava limanında xidmətin səviyyəsini xeyli yüksəldib. İyunun 28-də Naxçıvan Beynəlxalq Hava Limanında yeni teleskopik trapın və maşın-mexanizmlərin təqdimatı olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov hava limanında aparılan tikinti-quraşdırma işləri ilə maraqlanıb, maşın-mexanizmlərə baxıb. Qeyd olunub ki, sərnişinlərin qarşılanması və yola salınması zamanı hava limanına gələn şəxslərin rahatlığını təmin etmək üçün aerovağzal kompleksinin Şərq və Qərb terminallarının girişində çardaq tikilib. Həmçinin artan tələbata uyğun olaraq “UBS Airport Systems” şirkəti tərəfindən yeni teleskopik trap quraşdırılıb. Teleskopik trap sərnişinlərin təyyarəyə minməsi üçün körpü, təyyarəni elektrik enerjisi ilə qidalandıran və mühərriki hava ilə işəsalma qurğusundan ibarətdir. Yığılmış vəziyyətdə uzunluğu 16,5, tam açılmış vəziyyətdə isə 37,5 metr olan teleskopik trap üçün 48 metrlik keçid yolu inşa edilib. Keçid yolu 6 müxtəlif ölçüdə soyuducu və qızdırıcı sistem, 5 kamera, 8 yanğın detektoru və səsverici avadanlıqla təchiz edilib.
Ardını oxu... |
|