Ali Məclisin Sədri Sərəncam imzaladı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iyunun 2-də “Rəşadətli əməyə görə” nişanı ilə təltif haqqında Sərəncam imzalayıb.
Sərəncamda deyilir:
Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram:
Naxçıvan Muxtar Respublikasında mülki aviasiya sahəsində səmərəli fəaliyyətlərinə görə:
Həsənov Elmar Əbülfəz oğlu
Məmmədov Elmin Əhliman oğlu
Sadiqov Elməddin Kamil oğlu −  “Rəşadətli əməyə görə” nişanı ilə təltif edilsinlər.

“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının 1-ci Sərhəd Komendantlığının xidməti-yaşayış kompleksi istifadəyə verilib

İyunun 1-də - Milli Qurtuluş Günü ərəfəsində “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının 1-ci Sərhəd Komendantlığının xidməti-yaşayış kompleksi istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.
“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının komandiri, general-leytenant Niyaməddin Tağıyev Ali Məclisin Sədrinə raport verib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sərhədçiləri salamlayıb, Azərbaycan xalqının tarixində mühüm əhəmiyyətə malik olan əlamətdar və tarixi gün - Milli Qurtuluş Günü ərəfəsində “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının 1-ci Sərhəd Komendantlığının xidməti-yaşayış kompleksinin istifadəyə verilməsi münasibətilə tədbir iştirakçılarını, diviziyanın  bütün şəxsi heyətini və sərhədçi ailələrini təbrik edərək deyib: Bu il həm də “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının yaranmasının 30-cu ildönümü tamam olur.

Ardını oxu...

Naxçıvanda 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd edilib

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Emin Məmmədov bildirib ki, uşaq və yeniyetmələrin milli mənəvi dəyərlərimizə, tarixi köklərimizə bağlı, vətənpərvər ruhda böyüdülməsi qarşıya qoyulmuş əsas vəzifələrdəndir. Məhz həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir ki, bu gün ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında yüksək intellektual səviyyəyə, milli düşüncəyə malik gələcək nəsil formalaşır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə uşaqların təhsili, istedadlarının üzə çıxarılması, intellektual və mənəvi inkişafı, asudə vaxtının və tərbiyəsinin düzgün təşkili,

Ardını oxu...

Gözdən əlil uşaqlar üçün Xüsusi İbtidai Məktəbdə və Ordubad şəhər tam orta internat məktəbində “1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş tədbirlər keçirilib

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin nəzdində gözdən əlil uşaqlar üçün Xüsusi İbtidai Məktəbdə keçirilən tədbirdə təhsil nazirinin müavini Heyran Əhmədova bildirmişdi ki, bu gün muxtar respublikada dövlətimiz tərəfindən digər uşaqlar kimi fiziki imkanı məhdud uşaqların da təhsili diqqət mərkəzində saxlanılır. Bu məqsədlə muxtar respublikada    Gözdən Əlillər üçün Xüsusi İbtidai Məktəb, Distant Tədris Mərkəzi, əmək terapiyası, audio və elektron kitabxana xidmətləri yaradılmış, nitq problemləri olan uşaqlar üçün defektoloji bölmə fəaliyyətə başlamış, təhsilin təşkili ilə əlaqədar görmə qabiliyyəti məhdud uşaqlar üçün brayl kurslar təşkil edilmişdir.

Ardını oxu...

“1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş tədbir keçirilib

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən mayın 31-də Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində “1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov  bildirib ki, bu gün muxtar respublikada uşaq hüquqları etibarlı şəkildə qorunur, cəmiyyətin layiqli üzvü kimi yetişməsi, sosial ehtiyaclarının hərtərəfli təmini diqqət mərkəzində saxlanılır, onların sağlam mühitdə böyümələri, istedadlarının üzə çıxarılması, intellektual və mənəvi inkişafı, asudə vaxtının və tərbiyəsinin düzgün təşkili istiqamətində mühüm tədbirlər həyata keçirilir. Qeyd olunub ki, hazırda muxtar respublikanın ümumtəhsil məktəblərində 52 min 600 şagird təhsil alır. Onların  milli dəyərlər əsasında tərbiyəsi, təhsil alaraq layiqli şəxsiyyət kimi yetişməsi üçün hərtərəfli şərait yaradılmışdır.

Ardını oxu...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg