Növbəti “STEAM yay məktəbi” uğurla başa çatıb

25-27 iyul tarixlərində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Həmkarlar İttifaqları Şurasının birgə təşkilatçılığı ilə Ağbulaq İstirahət Mərkəzində keçirilən növbəti  “STEAM yay məktəbi”nə yekun vurulub.
“STEAM yay məktəbi”nin yekun tədbirində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Aparatının  sektor müdiri Murad Babayev  bildirib ki, artıq muxtar respublika məktəbliləri  ənənəvi yanaşmadan fərqli olaraq, STEAM təhsili ilə praktik məşğələlər vasitəsilə robototexnika, 3D modelləşdirmə və çap, proqramlaşdırma, nano və neyro texnologiyalar, mühəndislik və dizaynerlik üzrə bilik və bacarıqlar qazanır, mühəndislik səriştələri əldə edirlər. Qeyd olunub ki, şagirdlərin asudə vaxtının səmərəli təşkili, innovativ təhsil metodu olan STEAM üzrə bilik və bacarıqlar əldə etməsi məqsədilə Ağbulaq İstirahət Mərkəzində keçirilən “STEAM yay məktəbi” bu istiqamətdə görülən işlərin davamıdır.

Ardını oxu...

Məktəbəqədər təhsil müəssisələrində yeni pedaqoji fəaliyyətə başlayanlar üçün seminar təşkil olunub

Məktəbəqədər təhsil müəssisələrində  kadr potensialının formalaşdırılması üçün  Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 14 aprel 2018-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasında pedaqoji heyətin dövlət ümumi təhsil, məktəbəqədər təhsil və peşə təhsili  müəssisələrinə işə qəbulu, bilik bacarıqlarının  qiymətləndirilməsinin  aparılması Qaydaları”na uyğun ilk dəfə olaraq müsabiqə keçirilib. Müsabiqəyə Naxçıvan şəhəri, Şərur, Babək, Ordubad, Culfa, Kəngərli və Sədərək rayonlarının məktəbəqədər təhsil müəssisələrindən 33  tərbiyəçi–müəllim, 9 musiqi rəhbəri və 1 tibb bacısı olmaqla ümumilikdə 43 vakant vəzifə çıxarılıb. Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda 27 nəfər müvafiq keçid balını toplayaraq işə qəbul olunub.

Ardını oxu...

Naxçıvanlı şagirdlər qızıl və gümüş nişanla təltif olunub

Azərbaycan Respublikasının  təhsil naziri Emin Əmrullayev “Ümumi təhsil müəssisələrinin 2021-2022-ci tədris ili üzrə məzunlarının qızıl və gümüş nişanla təltifi haqqında” əmr imzalayıb.
Əmrə əsasən ötən tədris ili üzrə ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərinin  XI sinif məzunlarından 19 nəfər qızıl, 22 nəfər isə gümüş nişanla təltif olunub.

Ardını oxu...

İstedad və qayğıdan nur alan işıqlı sabahımız

Bu gün ölkəmizdə, onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikamızda təhsilin inkişafına xüsusi diqqət və qayğı göstərilir. Bunun nəticəsi kimi yeniyetmə və gənclərimizin istedad və bacarıqları üzə çıxarılır, onların həyatın müxtəlif sahələrində uğurlu fəaliyyəti yüksək uğurlarla nəticələnir. İstedadı ilə uğurlu nəticələr qazanan şagirdlərimizdən biri də Kamal Qafarovdur. O, 2006-cı ildə Naxçıvan şəhərində anadan olub. 2012-ci ildə Hüseyn Cavid adına 5 nömrəli tam orta məktəbin 1-ci sinfinə qəbul edilib. Hazırda Əkbər Ağayev adına 8 nömrəli məktəbin 11-ci sinfində təhsilini davam etdirir. Təhsil aldığı ötən müddətdə çalışqanlığı və fəallığı ilə seçilib. Kamalın son zamanlarda əldə etdiyi uğurlarla oxucularımızı yaxından tanış etmək üçün biz də onunla həmsöhbət olduq. Dedi ki, 2019-cu ildə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində STEAM ilə maraqlanıb.

Ardını oxu...

Məktəblilərin növbəti “STEAM yay məktəbinə” start verilib

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən şagirdlərin bilik və bacarıqlarının möhkəmləndirilməsi, istedadlarının aşkar edilməsi istiqamətində bir sıra innovativ layihələr tətbiq olunur. Bu layihələrdən biri də 2020-2021-ci tədris ilindən muxtar respublikamızda tətbiqinə başlanılan STEAM-dir. STEAM təhsil metodunun ümumtəhsil məktəblərində tətbiqinin genişləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bu tədbirlərin davamı olaraq şagirdlərin asudə vaxtının səmərəli təşkili, innovativ təhsil metodu olan STEAM üzrə bilik və bacarıqlar əldə etməsi məqsədilə Ağbulaq İstirahət Mərkəzində növbəti “STEAM Yay Məktəbi” təşkil olunub. İyulun-25-də şagirdlər Təhsil Nazirliyindən Ağbulaq İstirahət Mərkəzinə yola salınıblar. Şagirdlər Mərkəzdə yerləşdikdən sonra “STEAM Yay Məktəbi”nin açılışı olub.

Ardını oxu...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg